Venesiyada Ölüm

Thomas Mann

Venesiyada Ölüm Quotes

You can find Venesiyada Ölüm quotes, Venesiyada Ölüm book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bütün sevənlər kimi, o da xoşa gəlmək istəyir, bunun qeyri-mümkünlüyündən qorxaraq, iztirab çəkirdi.
Həyatın çırpıntılarıyla dolu müqəddəs dəyişikliyə uğramış dünya ovsunlanmış insanı qucur və onun qəlbi gözəl nağıllar aləmində çırpınırdı.
Reklam
.. çünki incəsənət də əslində, bir savaş, yorucu bir müharibədir.
Amma sən buna inanmayacaqsan ki, ruhunun yolu hissiyatdan keçən birisi, nə vaxtsa müdriklik həddinə və əsl kişilik mərtəbəsinə yüksələ bilər.
Sayfa 124Kitabı okudu
Tənhalıq orijinal, cəsarətli, dəhşətli dərəcədə gözəl bir şeyi — poeziyanı doğurur. Lakin o həm də mənasız sözü, yolaverilməz absurdu əmələ gətirir.
Seyrçiliyə dalan yalqız insanın qəlbi dumanlı, yayğın və eyni zamanda həm də başqaları arasında olduğu anlardakından daha dərin, daha ağır, daha həssas olur və hislərində mütləq bir qüssə çaları da duyulur.
Reklam
Özünü tərk etmiş adam üçünsə, yenidən özünə dönməkdən dəhşətli heç nə ola bilməzdi.
Yaxşı ki, dünya gözəl əsərin yalnız üzünü tanıyır, yaranışının qaynaqlarını, necə ərsəyə gəldiyini yox.
Yox, vallah bu tanrıdır ki, sevdiyimizi görərkən qətiyyətimizi əlimizdən alır, onu məhv edir, qürurlu mənliyimizi sındırıb, bizi yerə əyir...
Bir-birini yalnız gözlə tanıyan insanların münasibətlərindən daha qəribə və daha incə əlaqə ola bilməz.
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.