Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vicdan Susanda

Vidadi Babanlı

Vicdan Susanda Hakkında

Vicdan Susanda konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Roman klassik romanlara məxsus ikililər, dilemmalar üzərində qurulub. Annotasiyanın sözləri ilə danışsaq “yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur”. Əsərin adıı “Vicdan susanda” adlansa da əsərin baş qəhrəmanları professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə vicdanı susmayanlardır. Vicdanı susanlar isə Bəşir Bədirbəyli, Ziya Lələyev, aspirant İsmətdir. Professor Günəşli və aspirantı Vüqar böyük elmi kəşfin-ekolojik cəhətdən təmiz yanacağın bir addımlığındadır. Lakin əks cəbhə bu kəşfə mane olur. Roman da bu konfliktin üstündə qurulub. Hadisələr də Kimya İnstitutunda baş verir. “Vicdan susanda” romanında sevgi-məhəbbət, məişət məsələlərinə də geniş yer ayrılıb.
Tahmini Okuma Süresi: 17 sa. 49 dk.Sayfa Sayısı: 629Basım Tarihi: 2009İlk Yayın Tarihi: 1990Yayınevi: Çaşıoğlu Nəşriyyatı
ISBN: 9789952271546Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Türler:
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 81.7
Erkek% 18.3
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Vidadi Babanlı
Vidadi BabanlıYazar · 6 kitap
Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən). 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur.