“Vida rəngləri” – sonu xoşbəxtliklə bitən münasibətlər və uğursuzluğa düçar olan sevgilər, güvən və xəyanət, həyatımız boyu bizə əzab verən xatirələr, həmişə doğru bildiklərimizin yanlışa, yanlış bildiklərimizin doğruya çevrildiyi anlardan bəhs edən hekayələr toplusudur. Bu hekayələrdə həyatın müxtəlif
mərhələlərini yaşayan insanlar, onların ümidləri və əlacsızlıqları əks olunub. “Sev və istədiyini et”, – bəlkə də, xoşbəxtliyin sirri deyil, ancaq ümidsizliyə qapılmamaq üçün kifayət qədər yaxşı təsəllidir.