Vərqa və GülşaMesihi

·
Okunma
·
Beğeni
·
20
Gösterim
Adı:
Vərqa və Gülşa
Yazar:
Baskı tarihi:
2005
Sayfa sayısı:
336
ISBN:
9952-418-35-0
Kitabın türü:
Orijinal adı:
Vərqa və Gülşa
Yayınevi:
Şərq-Qərb
Eşq və gözəllik nəğməkarı Məsihinin bədii irsi yüz min beytdən artıqdır. Onun yaradıcılığı Azərbaycan yazılı və şifahi ədəbiyyatı ənənələri əsasında kamala çatmışdır. Nəvaini özünün ustadı sayan şair öz ulu sələfi Füzuli kimi qəzələ üstünlük verərək, şairanə duyğu və düşüncələrini bu kiçik formada əks etdirməyi məqsədəuyğun saymışdır.
Bununla yanaşı Məsihi ədəbiyyatımız tarixində daha çox "Vərqa və Gülşa" poemasının müəllifi kimi tanınır. Bu əsər ideya-bədii gözəlliklərinə görə XVII əsr milli ədəbiyyatımız tarixində yeni ədəbi hadisə idi.
Qeyd:Əsərin sonuna aid bəzi məqamlar var (spoiler içerir)
Orta dövr Azərbaycan ədəbiyyatının ən görkəmli şairlərindən biri də Rüknəddin Məsud Məsihidir.Məlum olduğu üzrə ən tanınmış əsəri də Vərqa və Gülşadır.Əsər məhəbbətdən təşkil olunmuş vahid süjet xətti üzrə davam edir.Burada Vərqa surəti mərd,qorxmaz,cəsur sevdiyi üçün hər şey edə biləcək xarakterlidir.Gülşa da həmçinin çox gözəl,eyni zamanda da sözündən,sevgisindən dönməz qadın olaraq göstərilir.Əsərin "Leyli və Məcnun"ilə oxşar cəhətləri olsa da bəzi məqamlarda fərqliliyi bariz bir şəkildə özünü göstərir.Buradakı Möhsün şah Gülşaha aşiqdir,o Gülşa ilə evlənir.Lakin Gülşanın Vərqaya olan məhəbbətini ,ona sevgisini görüb Gülşanı özünə dünya axirət bacı kimi görür hətta Vərqa gələrsə Gülşaya söz verir ki öz əlilə onu Vərqaya verəcək.Hadisələr elə cərəyan edir ki Vərqa Gülşa Möhsün şah görüşürlər və Vərqa artıq Gülşanın evli olduğunu görüb ondan imtina edir kor peşman öz ölkəsinə qayıdır.Yolda özünə ölüm arzulayır.Beləliklə onun duası qəbul olunur.Allah onun ruhunu bədənindən ayırır.Gülşa Möhsün şah ilə Vərqanın qəbrini ziyarət edir,Vərqanın qəbri üzərinddə acı göz yaşları tökür,İlahidən canının alınmasını istəyir.Onun da duası qəbul olunur.Və iki aşiqin ruhları bir-birinə qovuşur.Məsihi bizə çatdırmışdır ki həqiqi sevənlərin,həqiqi aşiqlərin sevgisi digər dünyada qovuşulacaq qədər üstündür.Əsəri oxuyarkən Məsihi bizə öz dövründəki qadın hüquqsuzluğunu,onun sözünün arxa planda qalmasıını çatdırır.
Əsərin nəzmlə yazılması oxumaq üçün xüsusi bir səbr tələb edir,lakin sonda etdiyimiz səbrə dəyir.
Kitaba henüz alıntı eklenmedi.

Kitabın basım bilgileri

Adı:
Vərqa və Gülşa
Yazar:
Baskı tarihi:
2005
Sayfa sayısı:
336
ISBN:
9952-418-35-0
Kitabın türü:
Orijinal adı:
Vərqa və Gülşa
Yayınevi:
Şərq-Qərb
Eşq və gözəllik nəğməkarı Məsihinin bədii irsi yüz min beytdən artıqdır. Onun yaradıcılığı Azərbaycan yazılı və şifahi ədəbiyyatı ənənələri əsasında kamala çatmışdır. Nəvaini özünün ustadı sayan şair öz ulu sələfi Füzuli kimi qəzələ üstünlük verərək, şairanə duyğu və düşüncələrini bu kiçik formada əks etdirməyi məqsədəuyğun saymışdır.
Bununla yanaşı Məsihi ədəbiyyatımız tarixində daha çox "Vərqa və Gülşa" poemasının müəllifi kimi tanınır. Bu əsər ideya-bədii gözəlliklərinə görə XVII əsr milli ədəbiyyatımız tarixində yeni ədəbi hadisə idi.

Kitabı okuyanlar 2 okur

  • Çokorella
  • Arzu Əliyeva

Kitap istatistikleri

Okur puanlamaları

10
%100 (1)
9
%0
8
%0
7
%0
6
%0
5
%0
4
%0
3
%0
2
%0
1
%0