Xalqın Şairi

Kolektif

Xalqın Şairi Posts

You can find Xalqın Şairi books, Xalqın Şairi quotes and quotes, Xalqın Şairi authors, Xalqın Şairi reviews and reviews on 1000Kitap.
Arzum var qönçə-qönçə, Gah tikanlı, gah incǝ. Badəm şəbnəmlə dolu, Qoymayın nadan içə.
Sayfa 115 - Zərxanım ÜlviKitabı okudu
Sən nə gözəl unudursan adamı...
Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı... Necə sevdim, necə gəldin xoşuma, Ötən günlər xatirədir bir udum. Mən haranın külün töküm başıma, Heç bilmirəm səni necə unudum. Hələ ki, səbrimin daş tərəfisən, Hələ ki, yaramda duz saxlayıram. Sən mənim ömrümün qış tərəfisən, Səndən ürəyimi buz saxlayıram. Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı...
Sayfa 110 - Vasif ZöhraboğluKitabı okudu
Reklam
Bir bənd şeir
Görünmür yanaqda xalın qarası, İzn ver, telini qaldırım, düşür. Sənin saçlarına yağış damlası, Mənim ürəyimə ildırım düşür...
Sayfa 96 - Taleh MansurKitabı okudu
Göy üzündən qopan dərdi, Gəzib məni tapan dərdi, Bu dördnala çapan dərdi, Yavaş-yavaş daşımışam.
Sayfa 92 - Taleh MansurKitabı okudu
təklik - hamının çıxıb getməsi deyil heç kəsin qayıtmamasıdır...
Sayfa 90 - Şəhriyar Del GeraniKitabı okudu
gecə - içinə yalqızlıq və kimsəsizlik doldurulmuş günəşdi bu şəhərdə...
Sayfa 90 - Şəhriyar Del GeraniKitabı okudu
Reklam
bəzən üzməyi də buna görə öyrənirsən - nə vaxtsa bir gün daha dərinlərdə boğulmaq üçün...
Sayfa 90 - Şəhriyar Del GeraniKitabı okudu
Əlhəmdu lillahi rəbbil aləmin dənizlərin uzağında gözdən itən gəmilərin günəşlərin, küləklərin, bihudə keçən günlərin peşimanlığından sığındım sənə. Dalğalar da sahilə danışar sirrini dənizlərin yosunlar necə rəqs edər balıqların nəğməsinə... İhdinǝs-sirat əl müstəqim Yanlışım yox, məhzun gözlüm, mən hər daim səni sevdim. And olsun yeddi
Sayfa 88 - Şəhriyar Del GeraniKitabı okudu
Yeddi payız yarpağı
Mənim yaralarım dərindən dərin, Toxunsan əllərin boğular indi. Bulud ol başıma yağ sərin-sərin Yaramda tezbazar sağalar indi. Nə məni evimdən didərgin salan, Nədəki evimə gətirən qalıb. Ay mənim ağlımı başımdan alan,
Oktyabr şeiri
kəsib tullayasan qollarını da, yetim saxlayasan qucaqlarını... biryolluq hamıdan çıxıb gedəsən, bir it qucaqlaya ayaqlarını... ay ağac, yazıqsan - qış ağacısan, bu bekar torpağın boş ağacısan, bilsəydim anamın baş ağacısan, o vaxt sındırmazdım budaqlarını... qırmızı kəndirdə boynun dincələ, ölüm də gələndə gülərüz gələ, bir gün uzaqlardan bir payız gələ, deyə ki, qaytarın yarpaqlarımı!
Sayfa 86 - Şəhriyar Del GeraniKitabı okudu
78 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.