Xosrov və Şirin

Nizami Gəncəvi

Xosrov və Şirin Posts

You can find Xosrov və Şirin books, Xosrov və Şirin quotes and quotes, Xosrov və Şirin authors, Xosrov və Şirin reviews and reviews on 1000Kitap.
Məhəbbət yolunda ölüm budur,bax, Canana belədir canı tapşırmaq. Bil ki,namərd olmaz hər qadın olan, Dərd çəkməyən kişi,pisdir qadından.
Eşqdir mehrabı uca göylərin, Eşqsiz,ey dünya,nədir dəyərin?! Eşqin qulu ol ki,doğru yol budur, Ariflər yanında,bil, eşq uludur.️
Reklam
Düşüncəsi güclü olan Bəhram Xosrovun dünya padşahı olmasını biləndə Başında şahlıq sevdası gəzdirirdi, Güclü düşüncəsi olduğuna görə [onu] ələ keçirdi. Bir də belə bir şayiə yaydı ki, Hürmüzün gözlərinə Xosrov mil çəkmişdir. Daha bilmirdi ki, Yusif uzaqlaşdıqda, Hicran Yaqubun gözündən nuru alar.
Açar öz dişi ilə deyir ki, Dəmir iradə qələbənin qızıl açarıdır. Yüz qılınc vurandan güclü fikir yaxşıdır. Yüz qəlibdən bircə şahlıq papağı xoşdur. Bir düşüncə ilə bir qoşunun belini sındırarsan, Bir qılıncla bir və ya on adam öldürə bilərsən.
Həyat mülkü ən gözəl mülkdür, Cavanlıq günü ən gözəl gündür. Heç nə yaşamaqdan gözəl sayılmaz, Cavanlıq günündən gözəl gün olmaz.
Çünki ümid və qorxudan könlü Təhlükə qılıncı ilə iki yerə bölünmüşdü. Gözü yolda olanın ürəyi həmişə ikiyə bölünür, Gözü yolda olanın başı bəlalı olur. Hərçənd ki heç bir qəm dərd-sərsiz olmur, Amma intizardan ağır dərd yoxdur. Heç kəsin gözü yolda qalmaya, Çünki o, üzü saraldar, ömrü gödəldər.
Reklam
364 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.