Xəstə ruhlar

Elxan Elatlı

Sayfa Sayısına Göre Xəstə ruhlar Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Xəstə ruhlar sözleri ve alıntılarını, sayfa sayısına göre Xəstə ruhlar kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Fəzail əmim deyir ki, dünya yaranandan heç yerdə sovetlər kimi cinayətkar, azğın və ən əsası, məntiqsiz bir dövlət qurulmayıb.
Əgər bir dövlət öz təbəəsini törətdiyi cinayətə görə yox , ağlıyla, zəhmətiylə topladığı mal-mülkə görə güllələyirmişsə, daha ondan nə gözləmək olar?
Sayfa 7 - Bakı- ElgünKitabı okudu
Reklam
Mənəviyyatımız da pozulub gedib. Bilmirsən kim hansı məzhəbə qulluq edir.Namus, qeyrət adi sözə çevrilib. Həm də istehza, rişxənd hədəfi olan sözə. Fikirləşəndə adamın ürəyi ağrıyır, vallah. Heç nə anlaya bilmirsən...
Türkərən qızlarının, qadınlarının taxdığı qızıl-gümüş kəmərlər, gərdanələr, bilərziklər, sinəbəndlər, sırğalar, üzüklər... Kənddə onların bir dənəsi belə qalmayıb. Bilirsən indi onlar haradadırlar? Dünyanın məşhur muzeylərində erməni, fars, rus mədəniyyəti adıyla nümayiş etdirilirlər. Bir çoxu da Avropanın ən böyük qanqsterlərinin, milyarderlərinin evlərindədir.
Sayfa 10
Dünya yaranandan heç yerdə sovetlər kimi cinayətkar, azğın və ən əsası, məntiqsiz bir dövlət qurulmayıb. Əgər bir dövlət öz təbəəsini törətdiyi cinayətə görə yox, ağlı ilə, zəhməti ilə topladığı mal-mülkə görə güllələyirmişsə, daha ondan nə gözləmək olar?!
Sayfa 14 - TEAS Press
- Hər hansı düşünülmüş qətl üç mərhələdən ibarət olur: Qətlin planlaşdırılması , onun həyata keçirilməsi və cəzadan yayınma mərhələsi . Yadınızda saxlayın , istənilən peşəkar cani bu üç mərhələni birində, əsasən də üçüncü mərhələdə hökmən səhvə yol verir. Təhqiqatçı bu səhvi vaxtında aşkar etməyi bacarmalıdır. Bunun üçün isə onun təxəyyülü cinayətkarın təxəyyülündən zəngin olmalıdır.
Sayfa 17 - Bakı- ElgünKitabı okudu
Reklam
70 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.