Xəstə ruhlar

Elxan Elatlı

Xəstə ruhlar Gönderileri

Xəstə ruhlar kitaplarını, Xəstə ruhlar sözleri ve alıntılarını, Xəstə ruhlar yazarlarını, Xəstə ruhlar yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yaxşıları gərək qoruyasan ki, qalsınlar. Yoxsa, pislər özləri törəyib aləmi bürüyəcəklər. Sən heç bir dəfə görmüsən ki, hansısa xeyirli, mədəni bir bitkiyə qulluq etmədiyin halda, özü artıb alaq otlarını altına alsın? Yox, görə bilməzsən! Başlı-başına buraxanda həmişə alaq otları o birilərə üstün gəlir. Bu dünya elə bu cür də qurulub. Elə qurulub ki, yaxşılar heç vaxt qorunmurlar. Əksinə, müharibələr, repressiyalar yaxşıları dənləyib, çoxalmaq üçün alaq otlarına meydan verirlər...
Qəbirlərin üzərinə belə bahalı daşlar, abidələr qoyulmasının qəti əleyhinəyəm. Bilirsiniz niyə? Çünki hər kəs üçün daşı öz övladı, yaxud qardaşı-filanı salır. Onlar isə istəyirlər ki, öz ölülərini hamıdan üstün göstərsinlər. Ümumi nəzarət yox, kimin kim olduğunu ölçən tərəzi yox! Nəticədə isə hərc-mərclik yaranır. Nə yaxşı bilinir, nə pis!..
Reklam
Bəzən deyirik ki, yetmiş illik rus-kommunist hökuməti, bütün səylərinə baxmayaraq, nə bizim dinimizi, nə də milli adət-ənənəmizi əlimizdən ala bilmədi. Boş sözdür! Dinimizi də əlimizdən aldılar, adət-ənənəmizi də, hələ desən, milli mənəviyyatımızı da! Bu saydıqlarımdan qoruyub saxladığımız isə yalnız saxta zahiri görüntülərdir ki, bu da adamda ikrahdan başqa heç bir təəssürat oyatmır...
Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq. Amma bunu yadınızda saxlayın, ən təhlükəli ruhlar sağlam bədəndə olan xəstə ruhlardır. Ona görə ki, onlar istənilən an dəhşətli cinayət törətməyə qadirdirlər. Bir də yadda saxlayın ki, xəstə bədəni müalicə etmək mümkündür, xəstə ruhu isə yox!
Elxan Elatlı
"-Qorxuram, cənab rəis...Amma bədənsiz ruhlardan yox, sağlam bədənlərdə olan xəstə ruhlardan..."
Ən təhlükəli ruhlar sağlam bədəndə olan xəstə ruhlardır. Ona görə ki, onlar istənilən an dəhşətli cinayət törətməyə qadirdirlər. Bir də yadda saxlayın ki, xəstə bədəni müalicə etmək mümkündür, xəstə ruhu isə yox!
Reklam
166 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.