Xəyanət

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
·
Puan vermedi
Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.. Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10 dəqiqə işləyirdi. -Gözləyən çoxdur? - deyə tibb bacısından soruşdu. -Xeyr, iki nəfər qalıb, - arıq, qarayanız qız cavab verdi. -Buraxın gəlsinlər, vaxtım azdır. Saat yeddidə Dram Teatrında Hüseyn Cavidin “İblis” tamaşası oynanılacaqdı. Doktor qərara gəlmişdi ki, bu gün arvadı ilə qızını özü ilə götürüb teatra getsin. Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusiyada həkimlik oxuyurdu. Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci kursu bitirirdi. Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb müəssisələrinə də xəstələrə baxmağa dəvət edirdilər. Günün necə başlayıb, necə qurtardığından xəbəri olmurdu. Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını bu peşəyə sərf etmişdi.
Xəyanət
XəyanətElxan Elatlı · <<MBM>> MMC · 20061,387 okunma
Reklam
448 syf.
10/10 puan verdi
·
4 günde okudu
Elxan Elatlının ilk əsərini oxuyuram. Yazıçının qələmə aldığı "Xəyanət" romanı axıcı və səlis yazılıb. Əsəri oxuduqca bütün duyğularım bir birini əvəz edirdi ,sanki xəyanətə uğramış mən idim . Oxuduğum heç bir kitabda bu qədər kin hissi keçirməmişdim,bu əsəri oxuyana qədər.Əsər elə gözəl cərəyan edir ki ,kimin şübhəli olduğu şübhə altında idi.Əsəri oxuyub bitirdikdən sonra,anlayırsan ki ,xəyanət ,yalnız insana xas bir xüsusiyyətdi. Xəyanəti şaxələsək , ətraflı izahını bu əsərdə tapa bilərik . Əsər, tanınmış doktor Əlisəttar Muradzadənin qızı Veneranın intihar məktubu ilə başlayır. Yazılan məktubda , nazir Niyaz Məlikxanlının Veneranın namusuna toxunduğu bildirilir.Fəqət Niyaz Məlikxanlı nə qədər günahsız olduğunu dilə gətirsə də ,bütün sübutlar onu göstərir. Hər şeyi aydınlaşdırmaq üçün Niyaz Məlikxanlı bir xəfiyyə tutur ,hüquqşunas dostu olan Ruslan, hər nə qədər işi öz öhdəsinə götürmək istəsə də ,Niyaz Məlikxanlı işin bütünlüklə xəfiyyə Qanbay Qasımlının öhdəsinə buraxır. Bütün işi canı bahasına da olsa öz öhdəsinə götürən Qanbay Qasımlı ,çətinliklə də olsa işin öhdəsindən gəlir . Xoş mütaliələr
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,387 okunma
404 syf.
10/10 puan verdi
·
Beğendi
Xəyanət
Elxan Elatlının, oxuduğum əsərləri arasında ikinci möhtəşəm əsəri. Əslində hamısı əla idi amma bu və Niyə Susursan Polkovnik çox yaddaqalan olacaq mənim üçün. Kitabın bütün mövzusu xəyanətdən qaynaqlanan cinayətlər, qətllər, ölümlərdi. Ən arxalandığın insandan belə ən murdar xəyanət gələ bilər. Ümumiyyətlə yazıçının qələminə söz ola bilməz. Bu kitabı çoxdan oxumaq istəyirdim. Amma, gözləyib imza günündə özünə imzaladıb bunu və Alternativ Əməliyyat kitablarını aldım. Niyə Susursan Polkovnik romanından sonra mənə ən çox təsir edən kitabı oldu. Həqiqətən oxumağa dəyər. Kitab o qədər axıcı gedir ki 3 gündə bitirdim gün ərzində işdə olmama rəğmən. Hər kəsə tövsiyyə edirəm.
Xəyanət
XəyanətElxan Elatlı · Teas Press Nəşriyyat Evi · 20201,387 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.