Xəyanət

Elxan Elatlı

Comments and Reviews

See All
336 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
Kitab olduqca maraqlı idi. Çox bəyəndim. Kitabda əsas mözvu bu günün aktual mövzusu olan "xəyanət" idi. Bir cinayət işində hər yer "xəyanət" ə bulaşmışdı:həkimliyə xəyanət, ərinə xəyanət, dostluğa xəyanət, uşaqlarına, arvadına xəyanət, dövlətinə, xalqına xəyanət və bir sözlə, insanlığa xəyanət. Amma bunlara baxmayaraq bir itin sahibinə qarşı sədaqəti, ona qarşı sadiq qalmağı və axırda da ölməsi məni çox duyğulandırdı. Cinayət işinin başında dostuna xəyanət dururdu və o işi elə məharətlə, iyrəncəsinə qurmuşduki. Amma iş nə qədər dolaşıq olsa da istefada olan güclü xəfiyyə Qanbay Qasımlı bu işi həll etdi. Və bu dostluğa xəyanət üzərində qurulmuş işdə 6 nəfər öldü. Oxumağa tövsiyyə edirəm.
Xəyanət
XəyanətElxan Elatlı · <<Zərdabi LTD>> MMC · 20081,385 okunma
Reklam
336 syf.
·
Not rated
Əvvəlcə qeyd edim ki, bu kitaba başladım və oxuduğum müddətdə bir gözəl xanımın mesajına cavab verə bilmədim bir müddət (sona yaxın) Oxumağa başladım və ilk hissələrdə artıq kitabda kişi-qadın əlaqələri çox oldu və düşündüm ki, bu nədir dərhal cinsi mövzular başladı. Davam etdikcə yazar başqa mövzuları xəfiyyəlik bacarıqları, əsl dostluq sevgi mövzularına da çox gözəl toxunuşu kitaba marağımı artırdı. Əsəri oxuduqca əsl xəyanətin dostluq və sevgi üzərindən qurulduğunu və insanları necə parçaladığını göstərərək Xəyanət sözünün haqqını verdi. Son olaraq Qanbay Qasımlının yaratdığı mərdlik və insanlara verdiyi güvən duyğusu isə əla idi. Təşəkkürlər
Xəyanət
XəyanətElxan Elatlı · <<Zərdabi LTD>> MMC · 20081,385 okunma
448 syf.
10/10 puan verdi
·
Read in 4 days
Elxan Elatlının ilk əsərini oxuyuram. Yazıçının qələmə aldığı "Xəyanət" romanı axıcı və səlis yazılıb. Əsəri oxuduqca bütün duyğularım bir birini əvəz edirdi ,sanki xəyanətə uğramış mən idim . Oxuduğum heç bir kitabda bu qədər kin hissi keçirməmişdim,bu əsəri oxuyana qədər.Əsər elə gözəl cərəyan edir ki ,kimin şübhəli olduğu şübhə altında idi.Əsəri oxuyub bitirdikdən sonra,anlayırsan ki ,xəyanət ,yalnız insana xas bir xüsusiyyətdi. Xəyanəti şaxələsək , ətraflı izahını bu əsərdə tapa bilərik . Əsər, tanınmış doktor Əlisəttar Muradzadənin qızı Veneranın intihar məktubu ilə başlayır. Yazılan məktubda , nazir Niyaz Məlikxanlının Veneranın namusuna toxunduğu bildirilir.Fəqət Niyaz Məlikxanlı nə qədər günahsız olduğunu dilə gətirsə də ,bütün sübutlar onu göstərir. Hər şeyi aydınlaşdırmaq üçün Niyaz Məlikxanlı bir xəfiyyə tutur ,hüquqşunas dostu olan Ruslan, hər nə qədər işi öz öhdəsinə götürmək istəsə də ,Niyaz Məlikxanlı işin bütünlüklə xəfiyyə Qanbay Qasımlının öhdəsinə buraxır. Bütün işi canı bahasına da olsa öz öhdəsinə götürən Qanbay Qasımlı ,çətinliklə də olsa işin öhdəsindən gəlir . Xoş mütaliələr
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
404 syf.
10/10 puan verdi
·
Liked
Xəyanət
Elxan Elatlının, oxuduğum əsərləri arasında ikinci möhtəşəm əsəri. Əslində hamısı əla idi amma bu və Niyə Susursan Polkovnik çox yaddaqalan olacaq mənim üçün. Kitabın bütün mövzusu xəyanətdən qaynaqlanan cinayətlər, qətllər, ölümlərdi. Ən arxalandığın insandan belə ən murdar xəyanət gələ bilər. Ümumiyyətlə yazıçının qələminə söz ola bilməz. Bu kitabı çoxdan oxumaq istəyirdim. Amma, gözləyib imza günündə özünə imzaladıb bunu və Alternativ Əməliyyat kitablarını aldım. Niyə Susursan Polkovnik romanından sonra mənə ən çox təsir edən kitabı oldu. Həqiqətən oxumağa dəyər. Kitab o qədər axıcı gedir ki 3 gündə bitirdim gün ərzində işdə olmama rəğmən. Hər kəsə tövsiyyə edirəm.
Xəyanət
XəyanətElxan Elatlı · Teas Press Nəşriyyat Evi · 20201,385 okunma
Reklam
404 syf.
9/10 puan verdi
·
Read in 25 hours
Xarici ədəbiyyatın dedektiv nümunələrindən heç də geri qalmayan bir əsərdir məncə. Çox axıcıdı, oxuyarkən insan qətiyyən sıxılmır. Məkan və şəxs təsvirləri həddən artıq deyil. Hadisələr normal surətdə baş verir. İnsanların iç dünyası, xəyanət motivlərinin təsviri çox maraqlı idi məncə, birazda artıq olsa pis olmazdı. Nəticə olaraq, heç kime güvənmək lazım deyilmiş
Xəyanət
XəyanətElxan Elatlı · Teas Press Nəşriyyat Evi · 20201,385 okunma
376 syf.
·
Not rated
·
Read in 18 days
Ola bilsin nə vaxtsa, kimsə onlara xəyanət edəcəkdi. Ya, kim bilir, bəlkə də onlar özləri kiməsə xəyanət edəcəkdilər. İndi isə sakitcə yatırdılar. Hər şeydən xəbərsiz. Bəlkə də onlar heç bilmirdilər ki, dünyada xəyanət adlı bir şey var. Ancaq biləcəkdilər...Mütləq biləcəkdilər!
Elxan Elatlı
Elxan Elatlı
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
448 syf.
·
Not rated
·
Read in 15 days
Yaxşı olsa da digər oxuduğum kitabların yanında sönük qalır
Əsərdəki Məlikzadə üçün qurulmuş planın gedişi maraqlı olsa da bildirməliyəm ki,çox təkrarçılıq və yersiz erotizm var.Məsələn,Gülafət xanımın dönə-dönə gözəlliyindən danışması,Nuranənin ərinin yaxşı olmaması çox təkrarlanmışdı buda oxuyarkən məni yordu.Qasımlının təsvirində mübaliğədə həddindən artıqdı demək olar.Sonda isə Veneranın necə öldüyü mənə maraqlı gəlirdi və əvvəlcədən hazırlanmış xəyanət planıda yaxşıydı
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
448 syf.
·
Not rated
Xəyanət
Bu kitabda əsasən dostuna,həyat yoldaşına,ailəsinə və əsasda Vətəninə xəyanət edən obrazla qarşılaşdım.Və belə bir sual yarandı : "İnsanlar niyə xəyanət edirlər?" Bu suala cavab tapmaq çox çətindir.Çünki bəzi insanları anlamaq qeyri-mümkündür.
Xəyanət
Xəyanət
Elxan Elatlı
Elxan Elatlı
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
Reklam
·
Not rated
Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.. Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10 dəqiqə işləyirdi. -Gözləyən çoxdur? - deyə tibb bacısından soruşdu. -Xeyr, iki nəfər qalıb, - arıq, qarayanız qız cavab verdi. -Buraxın gəlsinlər, vaxtım azdır. Saat yeddidə Dram Teatrında Hüseyn Cavidin “İblis” tamaşası oynanılacaqdı. Doktor qərara gəlmişdi ki, bu gün arvadı ilə qızını özü ilə götürüb teatra getsin. Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusiyada həkimlik oxuyurdu. Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci kursu bitirirdi. Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb müəssisələrinə də xəstələrə baxmağa dəvət edirdilər. Günün necə başlayıb, necə qurtardığından xəbəri olmurdu. Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını bu peşəyə sərf etmişdi.
Xəyanət
XəyanətElxan Elatlı · <<MBM>> MMC · 20061,385 okunma
448 syf.
·
Not rated
·
Read in 12 days
Roman haqqında düşüncələrim
Roman axıcı və maraqlıdır. Sonu asanlıqla təxmin edilə bilər. Gülafət xanımın gözəlliyi,şəxsiyyəti çox qabardılıb. Məlikxanlının Ruslandan şübhələnməməyi axmaqlıqdır. Oğlunun atasına qarşı soyuqluğu mənasızdır. Qasımlı qatili gec tapır bu da məntiqsizdi.
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.