Xəz Paltolu Madonna

Sabahattin Ali

Düşük Puanlı Xəz Paltolu Madonna Yorumları ve İncelemeleri

Düşük Puanlı Xəz Paltolu Madonna sözleri ve alıntılarını, düşük puanlı Xəz Paltolu Madonna kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.810 üzerinden
83bin Kişi · 10093 İnceleme
240 syf.
8/10 puan verdi
·
3 günde okudu
Xəz paltolu ilahə... 3 aylıq da olsa həyatın mənasızlığında boğulan şəxsi həyata geri döndərən həmin o fövqəladə qadın.. Hər bir insan kimi buna da verilmiş həyatın sadəcə 3 ayını yaşayıb bu şəxs o qədər acınacaqlı vəziyyətdir ki, Insanlara qarşı olan inamsızlıq, özünə qapanması, uşaq xasiyyəti və duyğusallığı bu şəxsi oynadığı həyat oyununda uduzdurdu. Çox nəticələr çıxartdım, çox da təsirləndim. Iki nəfər arasında olan məhəbbətin gedə biləcəyi zirvələr, qırılma nöqtələri qeyd olunub. Oxumağa dəyər bir kitabdır, oxuya bilərsiniz əla seçim olar. Lakin əsəri nəql edən şəxs Raif mənə etdiyim cəhdlərə baxmayaraq doğma gələ bilmədi. Normalda hansısa əsərdə hadisələri danışan obraz mənə doğma gəlir, amma burda bu alınmadı, bəzi düşüncələrinə görə isti gəlirdi, amma xasiyyəti soyudurdu adamı özündən. Yenədə əla əsərdir, tövsiyə edirəm. Təşəkkürlər
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,7bin okunma
240 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bəlkə də, hər fəsli səni,son ümid kimi gözləyəcəyəm!
İnsanı həqiqətən də sevgisizlik öldürürmüş! Raif əfəndinin timsalında həyatın həm sevgi uğruna, həm də yanlış fikirlər uğruna hədər etmiş birinin ağır həyatı ilə tanış oldum . İlk eşq unudulmur sonrakı həyat isə peşmançılıq idi . Mariya dediyi kimi " Raif ,sən həqiqətən də uşaq görkəmindəsən "
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,7bin okunma
Reklam
240 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Kitabı çox bəyəndim. Mariya və Raifin sevgi romanında mən Raifdə tək səhv onu görürəm ki, Mariyadan məktub almadıqda Berlinə gedə bilərdi, bəlkə də, hər şey tamam fərqli ola bilərdi. Onun yerində olsaydım, bəlkə də, mən də eyni şeyi edərdim. Düşdüyümüz situasiyadan çox şey asılıdır. Raif əfəndini də, Mariyanı da çox sevdim. Unutmayacağım obrazlardan biri oldu. Oxumağa dəyər
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,7bin okunma
240 syf.
9/10 puan verdi
·
Beğendi
Xəz Paltolu Madonna
Xəz Paltolu Madonna
Sabahattin Ali
Sabahattin Ali
Ən çox oxunan kitablardan biridir "Xəz Paltolu Madonna". Kitabı ilk dəfə oxuyanda çox maraqsız gələ bilər, lakin hadisələr əsas süjet xəttinə doğru inkişaf etdikcə kitab özünə çəkməyi bacarır oxucunu. Sadəcə nakam bir məhəbbəti yox, o qədər çox şeyi anladır ki yazar. Çoxluğun içindəki yoxluğun timsalıdır Raif Əfəndi. O qədər insanın içində yad, yabançı, görünməz. O qədər yad insan arasında Raif Əfəndiyə yalnız bircə nəfər doğma ola bilir: Mariya. Onun həyatı Mariya ilə məna qazanır. Mariyada cəmiyyətin yaralı nümayəndələrindəndir. Bu ikisini birləşdirən də elə o yaralar olur. Kitabdan çıxarılası çox dərs var. Sonuna qədər,səbrlə oxumağı tövsiyə edərdim.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,7bin okunma
240 syf.
9/10 puan verdi
Hamının içində bir Raif yatır əslində, öz həyat hekayəsi olan, heç kimin duyub bilmədiyi, əslində bir o qədər bizə əzab verən həyatlar.. Əsərdə də tam olaraq bunu oxuduq əslində, cəmiyyətdən kənarda qalmış birinin özlüyündə nə qədər yaşanmışlıqları var. O yaşanmışlıqlarda ki, əsərin sonunda göz yaşlarımı saxlaya bilmədim. Raif özü də Mariyaya olan sevgisi belə izah edir: "Mariya məni qısa bir vaxt ərzində həmişəki acizliyimdən, miskin vəziyyətimdən xilas etmiş, mənim də kişi, daha doğrusu, insan olduğumu, mənim də yaşamağa layiq cəhətlərimin olduğunu, dünyanın zənn etdiyim qədər mənasız olmadığını öyrətmişdi"
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,7bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.