Xəzərim Sözleri ve Alıntıları

Xəzərim sözleri ve alıntılarını, Xəzərim kitap alıntılarını, Xəzərim en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Sevgi üç gün, bir həftə, Səkkiz ay, on il olmur. Sevən bir dəfə sevir, Ölənədək qovrulur. Qəbrə də aparılmır, Kəfənə də bükülmür. Sevgi sözlərdə qalır, Ağlar gözlərdə qalır, Sevgi insanla ölmür. O, elə bir hissdi ki, Ona qadağa yoxdur. O yıxılar, əzilər, O inciyər, üzülər, Amma dözümü çoxdur. Kimin qəlbinə girsə, Əbədi yuva salar. Tez-tez sevinə bilməz, Utanar, dinə bilməz. Daim artar, ucalar, Ucaldığı zirvədən O heç vaxt enə bilməz.
Mən səni sevmədim ki...
Mən sənə yox, səndəki şirinliyə vuruldum, Donmuş gülüşündəki sərinliyə vuruldum, Qara gözlərindəki dərinliyə vuruldum, Mən səndəki o nadir ağlı, kamalı sevdim, Mən səni sevmədim ki... Ürəyinin od saçan günəşi yaxdı məni, Eşqinin hərarəti, atəşi yaxdı məni, Sərv qamətin şux, rəvan yerişi yaxdı məni, Xuda sənə bəxş edən cahı cəlalı
Reklam
Çağır məni.
Əziz dostum! Əgər bu gün qürbət yerdə, yad ölkədə Qonağamsa, Əgər səndən uzağamsa, Qəm eləmə, fikir çəkmə, Əks getmə tale yazan acı hökmə. Yollarım ki bağlı deyil, qollarım ki bağlı deyil, Haçan desən, əmr eləsən, Gələcəyəm, çağır məni. Bəzən hicran yaman olur ölümdən də, Ağrıları, acıları betər olur düşmən verən zülmdən də, Çəkmək olmur.
Eşidirsənsə, tələs.
Kökləyib qəm məni sənsizliyə, ey incə çiçək, baxışım xırdalanır, Hafizəmdə ən əziz xatirələr tərpənərək yuxusundan oyanır, Dəlilərtək coşub əfqanə gəlir birdən ürək, bədənim parçalanır, İstəyim bircə Xudadan budu, çatsın sənə səs eşidirsənsə tələs. Kaş görünsün yenə o mehriban üz, nazlı baxış, əlinə dəysin əlim. Sən nə hiyləylə məni görməyə
Az olmayıb səndən ötrü darıxdığım...
Az olmayıb səndən ötrü darıxdığım, Son təsəllim bu olub ki, bəxtiyarsan, Sağsan, varsan. Mənim kimi durmamısan İllərin yol ayrıcında, Ayrılığı dadmamısan, Hicran zülmü qarşısında Qəzəbini udmamısan.
Sevdiyindən diləyin bircə vəfa idi, vəfa...
Reklam
99 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.