Yandırılmış Adam

Alibala Hacızade

Yandırılmış Adam Posts

You can find Yandırılmış Adam books, Yandırılmış Adam quotes and quotes, Yandırılmış Adam authors, Yandırılmış Adam reviews and reviews on 1000Kitap.
80 syf.
·
Not rated
Gözü hardasa aldada bilərsan, ağlı da aldatmaq mümkündü. Lakin ürəyi yox. Hər vaxtınız xeyr dostlar. Yenə küləyin, soyuğun hökm sürdüyü hava şəraitində enerjinizin yüksək olmasını diləyirəm. Daha öncə "İtkin Gəlin" adlı 3 əsərlik seriya kitabıyla tanış olduğum Azərbaycanın sevilən yazarlarından olan Əlibala Hacızadənin "Yandırılmış Adam" kitabında bu səfər dost xəyanətinə uğramış Paşa Camalzadənin hekayəsi ilə tanış oldum. Kitab təəssüf ki, yarımçıq bitir və ikinci hissəsi yazılmayıb. İnternetdə araşdırılmalarım heç bir nəticə vermədi təəssüf ki. Kitab 80 sehifə olduğundan çox şey yaza bilməyəcəm. İstəyənlər oxuyub tanış ola bilərlər. Postumu kitabdakı bir alıntıyla yekunlaşdırıram. "Şöhrət, ad-san adamı öləndən sonra yaşadır, yaddan çıxmağa qoymur. İnsanlar sənin haqqında danışır, düşünür. Məgər bu azdı? Yox, lazımdı şöhrət, çox lazımdı, Paşa. Yoxsa ölən kimi unudularsan"
Yandırılmış Adam
Yandırılmış AdamAlibala Hacızade · Mücrü Nəşriyyatı · 02 okunma
- Gərək təkcə müəllimlərin dedikləri, kitabların yazdıqları ilə kifayətlənməyəsən, oğul. Əgər istəyirsən ki, kamil insan, kamil ziyalı olasan, onda gərək həyatın özünü də oxumağı bacarasan, bala. Çünki ən böyük kitab - həyatın özüdü: onu oxuya bilmadinsə, uzağa gedə bilməzsən. Belə də, olarsan adi bir adam, adi bir müəllim, adi bir alim uzaq başı. Amma həyatın özünü oxuyan, mənim aləmimdə, yetkin, kamil bir şəxsiyyət ola bilər. Mən istəyirəm sən məhz o yolnan gedəsən, Turxan.
Reklam
Gözü hardasa aldada bilərsan, ağlı da aldatmaq mümkündü. Lakin ürəyi yox.
"Şöhrət, ad-san adamı öləndən sonra yaşadır, yaddan çıxmağa qoymur. İnsanlar sənin haqqında danışır, düşünür. Məgər bu azdı? Yox, lazımdı şöhrət, çox lazımdı, Paşa. Yoxsa ölən kimi unudularsan"