Yaşamaq Yanğısı

Irving Stone

Newest Yaşamaq Yanğısı Reviews

You can find Newest Yaşamaq Yanğısı quotes, newest Yaşamaq Yanğısı book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.

Score

8.8Out of 10
130 People · 0 Review
470 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 10 days
"Yaşamaq yanğısı", oxuduğum hər sətirlə gözləntimin bir pillə daha üstünə çıxmağı bacaran bir əsər.. Bir insanın həyat yolu, bəlkə də, ancaq bu qədər mükəmməl, dolğun, bənzərsiz bir şəkildə təsvir oluna bilərdi. Cümləbəcümlə irəlilədikcə Vinsentin hisslərinə şərik olmağı bacarmaq, daxili əzablarını, düşüncə dənizində çırpınışlarını, ən sonda isə dalğaların ağuşuna təslim olmasını ürək ağrısı ilə hiss etmək üçün o qədər incə, o qədər ustalıqla işlənmiş məqamlar var ki.. Yazıçının əsəri ərsəyə gətirməkdə ortaya qoyduğu əməyinin, Vinsentin tabloları üzərindəki əməyi ilə müqayisə edilə biləcək səviyyədə olduğunu düşünürəm. Vinsentin fırçası gördüklərini necə dolğun və canlı çəkməyi bacarırdısa, yazıçının qələmi də hər şeyi ən az o qədər canlı, ifadəli, təsirli təsvir eləməyi bacarmışdı.. Bənzətmələr o qədər çox və uğurlu idi ki, oxuduqlarım ən az Vinsentin yağlı boyasının kətan üzərində yayılması kimi, yağ kimi ürəyimə yayılırdı.. Bir tablonun necə, hansı şəraitdə əsasının qoyulduğunu, nəzərəçarpan hər detalının sözlü təsvirini oxuduqdan sonra, həmin əsərin ustadın tək fırçalar və rənglərlə deyil, həmçinin, əllərinin qəlbindən qopub gələn bir güclə incə və ya sərt bir hərəkətilə ortaya çıxardığı o valehedici görüntüsünü tapıb, incələyib, tamaşa etməyin verdiyi zövq əvəzolunmaz idi. Sonda, bunu deməsəm ona haqsızlıq edəcəyimi düşündüyüm üçün: Teo, sən onun başına gəlmiş ən gözəl şeysən.
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017330 okunma
470 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 8 days
möhtəşəm
Başlıq: Yaşamaq yanğısı Yazar: İrving Stoun Səhifə: 476 Janr: Bioqrafiya,povest
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017330 okunma
Reklam
470 syf.
8/10 puan verdi
·
Liked
Məşhur rəssam Vinsent Van Qoqun keşməkeşli həyatından,bənzərsiz yaradıcılığından bəhs edən bir əsərdir.Rəssamın bütün işləri görməyə çalışması amma nəticə əldə edə bilməməsi ürək yanğısı ilə qeyd edilməlidir .
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017330 okunma
470 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 days
VAN QOQ
Kitabı bitirdiyim üçün çox üzgünəm. İstəməzdim bitsin. Bunu bioqrafik əsər sevəndə ,sevməyən də bu sözü deyə bilər. İstəyərəm ki,hər kəs bu kitabı oxusun. Şriftin balaca və kitabın iri olmasına baxmayaraq çox axıcı kitab idi. Səni heç vax unutmayacam Dahi Rəssam ,Van Qoq:( Sabir Qafarlı demiş,bir xatirə qaldı səndən Ümumi fikirlərimi ayın 30u paylaşacam. Xoş mütaliələr hər kəsə. Kitabla qalın:)
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017330 okunma
470 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 15 days
2 dəfə səhifə 150-ə gəlib dərslər səbəbilə yarımçıq qalmışdı, 3-cüdə isə bitirdim, ancaq mütləq yenə oxuyacağam, nə qədər oxunsa da doyulmaz bir kitabdır. Möhtəşəm həyat və möhtəşəm ifadə tərzi, yazıçının əllərinə sağlıq.
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017330 okunma
Reklam
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.