Bir Dəqiqədə Hər şey Dəyişə Bilər

Yeni Bir Dəqiqəlik Menecer

Spencer Johnson

Yeni Bir Dəqiqəlik Menecer Yorumları ve İncelemeleri

Yeni Bir Dəqiqəlik Menecer yorumları ve incelemelerini, Yeni Bir Dəqiqəlik Menecer kitabı hakkındaki okur görüşlerini , Yeni Bir Dəqiqəlik Menecer puanlarını 1000Kitap'ta bulabilirsiniz.
104 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 günde okudu
Salam, əziz oxuyucular. Bugün sizə iş həyatınızda bilməli olduğunuz, kiçik görünsə də, bir o qədər də vacib olan məqamları rahat dildə izah edən bir kitabla gəldim. Kitabın ölçüsünə aldanmayın, balaca olmasına baxmayaraq, kifayət qədər zəruri məlumatları əhatə edir. Hər menecerin oxuyub iş həyatında tətbiq etməli olduğu 3 sirr var ki, həm işçilər üçün, həm də şirkətin uğurlu nəticəsi üçün böyük rol oynayır. Bunlar; 1 dəqiqəlik Məqsədlər, 1 dəqiqəlik Təriflər və 1 dəqiqəlik İradlar adı altında birləşir. Kitabda ən çox diqqətimi cəlb edən nüans o oldu ki, əgər idarəçi işçilərin qayğısına qalsa, işçilər də özlərinin və şirkətin uğurlu olması üçün əlindən gələni edəcək. Yəni əgər işçi uğursuzdursa, bacara bilmirsə, deməli nə etməli olduğunu (məqsədlərini) açıq şəkildə bilmir, bu da menecerin təcrübəsiz və zəif olduğunu göstərir. Kitabın axıcı sujet xətti var, müxtəlif hekayələr və misallarla idarəetməni sadə dillə oxuyucuya çatdırmağı bacarır.
Yeni Bir Dəqiqəlik Menecer
Yeni Bir Dəqiqəlik MenecerSpencer Johnson · Qanun Nəşriyyatı · 20193 okunma