Yer üzünün əsilzadələri

Vladimir Nabokov
Deyilənə görə, Borxes "Bu gün mənə bircə mütəfəkkir seçməli olduğumu desəydilər, Şopenhaueri seçərdim...Əgər dünyanın sirləri kəlmələrlə dilə gətirilsəydi, sanıram ki o kəlmələr Şopenhauerin yazılarında yer alardı" deyibmiş. Nabokov isə, deyilənə görə, Borxes barədə "Borxes sonsuz bir istedada malik olan yazıçıdır" söyləyibmiş. Müəyyən çətinliklərlə, fəqət sevə-sevə və hansısa qüsurlara maksimum dərəcədə yol verməməyə çalışa-çalışa ərsəyə gətirdiyim bu tərcümələr onların üçünə də duyduğum heyranlığın kiçik bəhrəsidir. Kitabda üç üslub və ədəbi-fəlsəfi dərinlik ustadının bir çox mətnləri toplanıb. Şopenhauerin həyatın fəlsəfi mahiyyəti, qadınların ümumi təbiəti və mütaliə prosesiylə bağlı üç möhtəşəm fəlsəfi essesinin, Nabokovun və Borxesin ədəbi mətnlərinin (hekayələrinin və esselərinin) xalis fəlsəfəsevərlərə, ədəbiyyatsevərlərə, ümumiyyətlə ciddi kitabsevərlərə böyük intellektual-estetik həzz verməsi, onları mənəvi baxımdan təsirləndirməsi ehtimalı yüksəkdir. Tərcümələr üzərində uzun müddət və sevgiylə işlənilib. Tərcümə üçün seçilən hər mətn, ehtiva etdiklərinə görə, əsas etibariylə, əsla müəyyən bir zaman və tarix diliminə aid deyil, bütün zamanlar üçündür, zira hər biri, kiçikli-böyüklü,həyatın təməl qatlarını hədəf alır və saf incəsənət örnəkləridirlər. Kitabın ölçüsü, yəni səhifə sayı da qıraqdan yorucu və ağır gəlməyəcək qədərdir. Hər mətn, zənn edirəm, səbrli oxucusunu istər üslub, istər məzmun baxımından mükafatlandıracaq mahiyyətdədir. Xoş mütaliələr
Fətəliyeva Fatimə
Fətəliyeva Fatimə
Author:
Vladimir Nabokov
Vladimir Nabokov
Translator:
Rüstəm Ayaks
Rüstəm Ayaks
Publisher: Kitap kurduOriginal Title: Yer üzünün əsilzadələri
Language: Azerice

Comments and Reviews

See All
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.