Yıllar önce çok fazla eski kelime var diye okuyamadığım sonra elden çıkardığım şimdi pişman olup telrar okumak istediğim (muhtemelen 15 katı ücretle aldığım 😂)
Bəlkə, son baharda sarı xəzələ
Dönən yarpaqlara baxıb, yanırıq.
Meşələr yenidən səslənsə belə,
Acı bir itkini yenə anırıq.
Bəlkə də, təzədən canlanıb gülən
Bu dünya mülkünə uyaraq, həmən
Ölümə yaxlaşır ömrün illəri,
O illər qayıdan deyildir geri.
Bəlkə şairanə röyalarda biz
Axtarıb gəzirik başqa bir bahar, -
Keçmişə aparır bizi arzular,
Bir döyüntü qopur ürəyimizdən.
Keçir könlümüzdən uzaq bir diyar,
Onun xoş gecəsi ay işığı var.