Tanınmış şair, yazıçı, jurnalist Sədaqət Kərimovanın imzası oxuyuculara yaxşı tanışdır. Bədii əsərlərini Azərbaycan və ləzgi dillərində qələmə alan müəllifin bir sıra kitabları rus və türk dillərinə də tərcümə olunaraq nəşr edilib. "Yol ayrıcında" S. Kərimovanın sayca 31-ci kitabıdır. İnsanın mənəvi dünyasında baş verən mürəkkəb proseslərdən bəhs edən eyniadlı roman səlis dili, maraqlı təhkiyə forması, orijinal mövzusu, dramatik süjet xətti və yaddaqalan obrazları ilə seçilir.