Boyu sərvə bənzər, incədir beli,
Cümlə aləm aşiqidir, şəhr eli.
Gözü nərgisdən xərac alır idi,
Zülfü sünbül, Ayə tac olur idi.
Dodağından şəkər olurdu kəsad,
Yənağındən alma eylərdi məzad.
O zaman ki,çatdı Misrin Əzizi
Nemətə qərq etdi qulu,kənizi
Züleyxa çadırda öz dayəsiylə,
Məşğuldu söhbətə öz həvəs ilə.
İstərdi yarın görsün yaxından,
Dedi-"Ey qəmxarım "olan dayə can!
Daha qalmamışdır könlümdə qərar,
Yarı görməyimə bir çarə axtar!