Yusif və Züleyxa

Mustafa Zərir

Yusif və Züleyxa Posts

You can find Yusif və Züleyxa books, Yusif və Züleyxa quotes and quotes, Yusif və Züleyxa authors, Yusif və Züleyxa reviews and reviews on 1000Kitap.
Qardaşların Yusifə qurduğu plan:
Məsləhət budur ki,çölü axtaraq, Qaranlıq,darısqal bir quyu tapaq. Cah-calal taxtında onu endirək, Zillətə quyuda bir məskən verək. Qoy qalsın quyuda yalqız,kimsəsiz, Ölsədə qatili sayılmarıq biz. Bəlkə də, oradan keçdi bir karvan, Düşərgə salaraq qaldı bir zaman, Su üçün quyuya dol saldı biri, Yusifi oradan çıxartdı diri.
Qaranlıq çöküncə gecə Züleyxa, Ay kimi oturub kimsəsiz tənha Yarın xəyalı ilə pərdə qurardı Xəlvətdə ah çəkib hey qan udardı. Bağrına basaraq möhnət sazını, Başlardı yar ilə raz-niyazını. Deyərdi:- Ey mənim canım,ciyərim, Mənə söyləmişdin Misirdir yerim. Demişdin:Adımdır Misrin Əzizi, Əzizliyi etsin haqq səndən ruzi.
Reklam
Züleyxa bayıra baxdı oradan Ah çəkdi,qəlbində qopdu tufan! Dedi-Vay qəribə işə düşdüm mən, Divarım yıxıldı,ev hörülmədən. Bu mənim gördüyüm o cavan deyil, Ağlımı başımnan aparan deyil! Bu deyil yuxuda gördüyüm afət, Boş yerə bu qədər çəkdim əziyyət!
O zaman ki,çatdı Misrin Əzizi Nemətə qərq etdi qulu,kənizi Züleyxa çadırda öz dayəsiylə, Məşğuldu söhbətə öz həvəs ilə. İstərdi yarın görsün yaxından, Dedi-"Ey qəmxarım "olan dayə can! Daha qalmamışdır könlümdə qərar, Yarı görməyimə bir çarə axtar!
Canımın içində candır bana, Canımı qurban qılayım bən ona.
Aşiq olan kişidə ar olmiyə, Necə aşiqdir ki, ol zar olmiyə?
Reklam