Əyyüb Sultan

Veysel Akkaya
Bizans kralının qızı sağalmaz bir xəstəliyə tutulur. Həkimlər çarə tapa bilmirlər. Artıq bütün ümidlərin tükəndiyi bir vaxtda xəstə qız yuxuda ağ saqqallı, nurlu simalı bir kişi görür. Kişi sağalmaq üçün qıza, qalanın qarşısındakı qəbrinin aşağı tərəfində bir quyu qazdırmasını, həmin quyudan çıxan suyu içməsini və o su ilə yuyunmasını məsləhət görür. Qız yuxusunu atasına danışır və qəbrin yerini ona göstərir. Həmin şəxs Əyyub Sultan həzrətləriymiş. Xristian olmasına baxmayaraq çarəsiz qalan kral deyilənləri edir. Yuxuda gördüyü məsləhətlərə qulaq asan qız sağalır. Artıq kral da Əyyub Sultan həzrətlərinə hörmətlə yanaşmağa başlayır. Onun qəbrini təmir etdirir, üzərində məqbərə tikdirir və bir əsgəri də oraya keşikçi kimi yerləşdirir. Qızın sağaldığını eşidən xristianlar da qəbri ziyarət etməyə başlayırlar. Bizanslılar əsrlər boyu Əyyub Sultan həzrətlərinin qəbrini etina ilə qorudular. Bizanslıların hakim olduğu son əsrlərdə, İstanbulun latınlar tərəfindən istila edilməsindən sonra qəbrin yeri itdi. Amma sonra yenidən aşkar edildi. Necə aşkar edildiyini isə bu kitabdan öyrənərik.
Author:
Veysel Akkaya
Veysel Akkaya
Estimated Reading Time: 1 hrs. 15 min.Page Number: 44Publication Date: 2018First Publication Date: 2015Publisher: İpəkyolu Nəşriyyatı
ISBN: 9789952829716Country: AzerbaijanLanguage: Azerice

Comments and Reviews

See All
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.