Kitabı bitirdikdən sonra özümə verdiyim ilk sual “Mən nə oxudum?” oldu. İnsan həyatının necə məhv oluduğunun, daha dəqiq desək insanın həyatını öz əllərilə necə məhv etməsinin şahidi olduq bu kitabda. Talehi ilə qumar oynarmış kimi oynamağın nəticəsini gördük. Mənə görə yazıçı bu əsərində hər şeyin öz əlimizdə olduğunu göstərməyə çalışıb. Əsas sürət olan Firdovsi dəfələrlə etdiyi səhvi düzəldə bilər, sonrakı həyatını daha hür yaşaya bilərdi. Lakin hər dəfəsində onun önündə açılmış cığırlardan yanlış olanı seçir. Və etdiyi səhvlərin nəticəsi onun həyatı ilə ödədilir. Həmçinin kitabda bir insanın başqa birinin həyatına təsirini, bu həyatı alt-üst etməsini də görürük.
Kitabın arxa hissəsində də yazıldığı kimi “Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib”.
Lakin kitabdakı obraklardan biri olan “Qanbay Qasımlı”nın simasında da əsl xəfiyyə necə olar sualına cavab tapırıq. Yoldaşının bir neçə dəqiqəlik telefon danışığından cinayət səhnəsini ağlında canlandıran bir cinayət-axtarış eksperti.
Bir çox insan Elxan Elatlı qələmini sevməsə də, kitabda insan həyatının necə bədbəxt olması göz önünə gətirilsə də dedektiv sevərlər üçün maraqlı bir mövzu olacağını düşünürəm.