Édouard Louis. "Babamı kim öldürdü?"
。・////・。 。・////・。
Édouard Louis oxuduğum ilk kitabı Babamı Kim Öldürdü oldu.
2018-ci ilin may ayında fransız yazıçımız üçüncü kitabı Babamı Kim Öldürdü yayımlayır. Yazıçı bu kitabda öz həyat hekayəsini, atası ilə olan münasibətlərini qələmə alıb.
O kiçik yaşlarından ana, atası və qardaşı ilə birlikdə yaşayıb. Biz bu kitabı oxuyarkən görürük ki, Édouard Louis uşaqlığından bəri bir çox çətinliklər çəkib. O ata sevgisindən məhrum qalıb, hər zaman atası tərəfindən təriflənmək, onun marağını qazanmaq istəyib, amma atası heç cür ona sevgi verməyib. Hətta, atası onun zarafatına gülərkən belə təəccüblənir, atasına nə isə olduğunu fikirləşib qorxurdu. Anası da övladlarına çox fikir vermirdi, böyük qardaşı da anasından fərqlənmirdi, siqaret, içki və maddə bağımlısı idi. Yeni bir evdə, 4 insan, 4 dünya var idi, hər kəs öz dərdində, öz dünyasında idi.
Müəllifin atasına müəlliflə birlikdə nifrət etdiyim məqamlar da oldu, haqq verdiyim məqam da oldu. Atası qadağan etmişdi ki, anası qardaşına pul verməsin, çünki o gedib maddə alacaqdı. Məsələn, bu mövzuda ataya qatıldım, çünki maddə bağımlısı olmaq həqiqətən də çox pis bir şeydir, insan öz əli ilə öz həyatını məhv edir.
Təsirli kitab idi, müəllifin qələmi də məncə yaxşı idi, müəllif atasına qarşı hiss etdiyi nifrəti təsirli şəkildə qələmə almışdı. Oxumaq istəyənlərə tövsiyə edərəm.
。・////・。 。・////・。