a

Azərbaycan ədəbiyyatı

1 member
«Bəli, əsəbiyəm!»
Mənə "əsəbisən" deyən düz deyir Mənim nöqsanımı demək istəyir. Söz atdın... Könlümdə qopdu zəlzələ, Bilmədim,nə zaman çıxdım özümdən Toxundun könlümə üstəlik hələ Deyirsən, lal olum, qışqırmayım mən?
Şair kimi yox, şeir kimi ölmək istəyirəm... Oxunmaq arzusuyla yaşayıram əvvəldən axıra kimi oxunmaq... Əzbər qalmaq istəyirəm kiminsə yadında!
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Ruhu şad olsun şairimizin🖤
Reklam
Adam neçə dəfə ölüb-dirilər? Axı bir bədəndə neçə can olar? O ölən "sən"ləri yığsan bir yerə, Bəlkə də, bir yekə qəbristan olar.
Ramiz Rövşən
Ramiz Rövşən
...Gözüm aydın, gözümə surəti canan görünür...
Gözüm aydın, gözümə surəti canan görünür, Məşki-ənbər saçaraq, ətrlə əfşan görünür. Allaha şükür edirəm, ey gözümün nuru, bu gün, Yar gəlib göz önünə, sərvi-xuraman görünür. Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal, İki dünyaya dəyər, eylə ki, hicran görünür. Səni bir dəfə görənlər güvənir eşqimizə, Nə üçün gözlərin, ey dil, belə giryan görünür? Eşqini canım ilə bəslədi birlikdə könül, Onsuz, ey sevdicəyim, can evi viryan görünür. Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül, Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür. Şadlığından alışıb yandı Nizami, dedi ki: "Gözüm aydın, gözümə surəti canan görünür"
Nizami Gəncəvi
Nizami Gəncəvi
Məhəbbət nə yaman bəla imiş, ürək nə yaman şеy imiş! Ələlxüsus arvad ürəyi, gah daş kimi bərkiyir, gah da mum kimi yumşalır... Gah buz kimi dоnur, gah Ərəbistanın günü tək adamı alışdırır. Gah su оlur, gah qan...
Abdurrahim bey Hakverdiyev
Abdurrahim bey Hakverdiyev
Su çərşənbəniz mübarək!
Süfrəyə su dağılması aydınlıqdır, Su içən adamı qəfil vurmazlar, Su içən adamı ilan çalmaz, Lal axan sudan keçərkən suyum irəlilə deyərlər
Reklam
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.