Vaqif Səmədoğlu

Vaqif SəmədoğluUzaq Yaşıl Ada author
Author
7.8/10
25 People
86
Reads
30
Likes
4,168
Views

About

Şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005). Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994)[4]. Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000). Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Full name:
Vaqif Səməd oğlu Vəkilov
Birth:
Bakı, Azərbaycan SSR, SSRİ, 5 June 1939
Death:
Bakı, Azərbaycan, 28 January 2015

Readers

30 readers liked.
86 readers read.
3 readers are reading.
29 readers will read.
3 readers left half.
Reklam

Quotes

See All
Darıxanda pis darıxıram. İnsan darıxmağı deyil bu, insan ömrü deyilən şeyə heç bir dəxli yoxdur bu darıxmağın...
Sayfa 154 - 1986Kitabı okudu
Yalan deyirlər, yalan sözdür, asanlıqla, gülə-gülə doğmayıb,yaratmayıb öz musiqisini Mosart Belə asan, gülə-gülə ölə bilməz insan. Yalan deyirlər,yalan...
Sayfa 81 - 1983Kitabı okudu
Reklam
Bəlkə bu qədər də, bu yaşda bu qədər də tələsmək lazım deyil daha? Bəlkə dəyişmək lazımdı hisslərin gəlim-gedim cədvəlini... Bəlkə daha götür qoy etmək vaxtı çatıb, göydən gələn səslərə qulaq vermək vaxtı? Baxtı gətirsə,ya özü istəsə vaxtında ölə bilər hər insan, Allaha oxşatmasa özünü yaman, özü də bəd ayaqda ancaq... Kimin xeyrinədir? yekunu vurulmuş ömür? Axı kainat yorulmadan,usanmadan deyir,deyir hər an, necə ayrılmaq olar ondan. Fəqət sükut içində deyir, deyir susa-susa...
Sayfa 146 - 1985Kitabı okudu
Bir kəsin yadına düşmək istəyirəm yaman, bir kəsin yuxusuna girmək. Sağlığıma içilmək istəyirəm yaman. İstəyirəm arzularımın əlindən tutan, xatirəmi yerdən qaldıran olsun. Bir kəsin gülüşünə, birinin ahına dönmək, bir pəncərədə yanıb, bir pəncərədə sönmək istəyirəm yaman...
Sayfa 72 - 1982Kitabı okudu
..insan üzünün soyuğu dəyib beynimə Beynim qızdırıb bu gün. Özümlə baş başa verib, özümlə danışa bilmirəm bugün ayrı düşmüşəm tənhalığımdan ən isti xatirələrim belə yağışa düşüb məndən uzaq, nəfəsi qaralıb ötən günlərimin bugün. Içim kənar, yad, soyuq. Içim qürbət, içim özümdən ana yurddan uzaq Uzaqdan baxıram özüm özümə, görürəm qızdırma içindədir beynim. Qızdırmalıdır soyuq dəymiş beynimin, gəzdiyi doğma yerlər. Və bu yerlərin qayaları, günbatanın rənglərinə söykənir.
Sayfa 140

Updates

See All
Birlikdən və tənhalıqdan, Ucuzluqdan, bahalıqdan. Taxta oyuncaq ayıdan Tək yatdığım çarpayıdan Utanıram, utanıram... Çağaların ilk səsindən, köhnə daxma kölgəsindən, Ölülərin daş qəbrindən, Dirilərin daş səbrindən Utanıram, utanıram... Bütövlükdən, bölümdən də, Yersiz, vaxtsız ölümdən də...
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Deyərmi
Quşlar bağça-bağa girməzdən qabaq, Bağbana elçilər heç göndərərmi? Bənövşələr dağda boyun bükəndə, Dumana elçilər heç göndərərmi? Göy çəmənə yağış yağanda səhər, Otlara, güllərə yağım deyərmi? Ay işığı al yanağa düşəndə, Qara gözlərinə baxım deyərmi? Qışı əridəndə hər yanda günəş, Gəlim, ya gəlməyim soruşmaz bahar. Çiçək nəfəsiylə, körpə səsiylə Gülüm, ya gülməyim soruşmaz bahar…
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Reklam
Əlimi uzatdım Sevincə sarı, Gördüm, yox, Arada kədər dayanıb. Atamı səslədim, Köməyə gəlsin, Gördüm, yox, Arada qəbir dayanıb. Üz tutub gedirdim Allaha tərəf, Gördüm, yox, Arada ömür dayanıb...
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu

Comments and Reviews

See All
264 syf.
8/10 puan verdi
·
Read in 28 days
"Ayrılıq bir dəniz imiş,sən uzaq yaşıl ada..." Özünəməxsus dərin dəst-xətti olan Vaqif Azərbaycan poeziyasına sanki bir hədiyyədir.Vaqifin şeirləri insanı,həyatı,cəmiyyəti və öz daxilini anlamaq ehtirası ilə doludur.Şeirlərinin misraları bəzən insanı coşdurur,həyəcanlandırır,bəzən düşündürür.Fərqliliyi və çağdaşlığı ilə poeziyamızda xüsusi yer tutan Vaqif nə atası kimi,nə də digər şairlər kimi yazırdı.Onun şeirlərinin adı yoxdur,bir çoxunun sonu üç nöqtə ilə bitir,az sözlə oxucuda güclü təsir yaradır.Mənə bu qədər təsir edən onun bənzərsiz,özünəməxsus stilidir yəqin ki.Mükəmməl bənzətmələrlə oxucunu valeh edir Vaqif.. Şair kimi yox, şeir kimi ölmək istəyirəm... Oxunmaq arzusuyla yaşayıram əvvəldən axıra kimi oxunmaq... Əzbər qalmaq istəyirəm kiminsə yadında! - deyirdi Vaqif Səmədoğlu.Onunla ilk tanışlığımız olan bu şeirin məndəki yeri çox başqadır.Bilmirəm,özü istədiyi kimi yaşayıb ya yox,amma şeirləri çoxlarının qəlbində yaşayır,bundan əminəm..
Uzaq Yaşıl Ada
Uzaq Yaşıl AdaVaqif Səmədoğlu · Şərq-Qərb Nəşriyyatı · 200433 okunma
216 syf.
·
Not rated
Sərbəst vəzndə yazılmış şeirlər ama hər biri çox aydın şəkildədi. Möhtəşəm bir qələmi var Vaqif Səmədoğlu'nun hamımız oxuyub, tanımalıyıq. Çox doğma gəldi mənə şeirlərin hər biri.. Tək mənfisi şeirlərin çox qısa olmasıdı. Oxuduqca oxumaq istəyirsən ama bir tərəfdən də kitabın bitməsini istəmirsən. Bir dəfə oxunacaq kitab deyil, şeirə ehtiyacımız olan vaxtlarda kitabı yenidən aça bilərik..
Sandıq Şeirləri
Sandıq ŞeirləriVaqif Səmədoğlu · Mütərcim Nəşriyyatı · 201633 okunma
88 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 10 hours
Adından da bəlli olduğu kimi kitabda dörd şairin - Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Rüstəm Behrudinin şeirləri yer alır. Mənim ən çox Vaqif Səmədoğlunun və Vaqif Bayatlı Odərin şeirləri xoşuma gəldi. Kitab 88 səhifədi. Şeirlər rahat şeirlərdi. Tez vaxtda oxuyub bitirmək olur.
Dörd Şair, Qırx Dua
Dörd Şair, Qırx DuaRamiz Rövşən · Xan Nəşriyyatı · 20157 okunma