a

Azərbaycan ədəbiyyatı

1 member
"1905-ci ildə" pyesi
Allahverdi: Daha neyləyək, kəndxuda arvaddır. Deyir: xandan gələn nökərəm, dinmə, dişlərini tökərəm.
Sayfa 622 - Qanun nəşriyyatıKitabı okudu
"Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi"
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi? Ona mən göz yetirib xəlvəti baxdım-baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi. Uyuyub hər ikimiz rahət olub bir yatdıq, Bəxtimin baxçasına güllü bahar gəlmiş idi. Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?" Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi. Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni, Odlara yandı dilim, sanki şərar gəlmiş idi. "Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Reklam
"1905-ci ildə" pyesindən
İmamverdi: Biri də elə odur mənimki: nə cütə varandır, nə odun yaran.
Sayfa 621 - Qanun nəşriyyatıKitabı okudu
Şair kimi yox, şeir kimi ölmək istəyirəm... Oxunmaq arzusuyla yaşayıram əvvəldən axıra kimi oxunmaq... Əzbər qalmaq istəyirəm kiminsə yadında!
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Ruhu şad olsun şairimizin🖤
"Yağış yağarkən"
Yağış yağır, rəqs еyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. Göydə iki qara bulud çatılaraq, İldırımlar şaqqıldayır şaraq-şaraq. Quşlar uçur yuvasına pırıl-pırıl, Şırıldayır navalçalar şırıl-şırıl. Çaхnaşmada göy üzündə ildırımlar, Bir-birinə dəydi, baхın, qaldırımlar. Dönmələrdə durana baх, qaçana baх! Qaldırımda o balaca oğlana
Sayfa 230 - Qanun nəşriyyatıKitabı okudu
1000 syf.
10/10 puan verdi
·
Liked
"Cəfər Cabbarlı bütün əsərləri" kitabı
Ümumiyyətlə kitabı almaq istəyim, Cəfər Cabbarlının əsərlərinə olan marağımdan doğur. Bu kitabda Cəfər Cabbarlının bütün külliyatı var, şeirləri, iri və kiçik həcmli hekayələri, bütün pyesləri, mənzum pyeslər, özünün yazdığı məqalələri, əsərlərdəki qeydləri— bir sözlə hər şey. Bədii cəhətdən söz ola bilməz. Ən sevdiyim əsər deyə bilmirəm, çünki hamısı mənim üçün gözlədir, hamısını sevirəm. Lakin, bir azca Almazı və Oqtay Eloğlunu çox sevirəm. Bu bir-birinə bənzəyən, fəqət tamam fərqli mühitlərdə yaşayıb-yaratmış obrazların taleləri çox maraqlır.
Bütün Əsərləri
Bütün Əsərləri
Bütün Əsərləri
Bütün ƏsərləriCafer Cabbarlı · Qanun Nəşriyyatı · 201834 okunma
Reklam
79 öğeden 101 ile 79 arasındakiler gösteriliyor.