Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.
Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
"Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, "könül hardadır" aldım bu cavabı.
"Heç sorma, tapılmaz onu axtarsa da insan".
Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-daban?
Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
Yağış yağır, rəqs еyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.
Çaхnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baхın, qaldırımlar.
Dönmələrdə durana baх, qaçana baх!
Qaldırımda o balaca oğlana
Ümumiyyətlə kitabı almaq istəyim, Cəfər Cabbarlının əsərlərinə olan marağımdan doğur. Bu kitabda Cəfər Cabbarlının bütün külliyatı var, şeirləri, iri və kiçik həcmli hekayələri, bütün pyesləri, mənzum pyeslər, özünün yazdığı məqalələri, əsərlərdəki qeydləri— bir sözlə hər şey. Bədii cəhətdən söz ola bilməz. Ən sevdiyim əsər deyə bilmirəm, çünki hamısı mənim üçün gözlədir, hamısını sevirəm. Lakin, bir azca Almazı və Oqtay Eloğlunu çox sevirəm. Bu bir-birinə bənzəyən, fəqət tamam fərqli mühitlərdə yaşayıb-yaratmış obrazların taleləri çox maraqlır.