d

Detektiv

1 member
292 syf.
9/10 puan verdi
·
Read in 3 days
Rocer Ekroydun Qətli
Kitabı çox ama çox bəyəndim. Sona kimi bütün obrazlardan şübhələnirdim . Amma sonda qatil heç təsəvvür etməyəcəyim biri çıxdı. Hər bir insan göründüyü kimi deyilmiş...
Rocer Ekroydun Qətli
Rocer Ekroydun QətliAgatha Christie · Qanun Neşriyat · 20184,070 okunma
206 syf.
7/10 puan verdi
Mövzusuna çox toxunmayacam
Ceyhun Hidayətlinin qələmini ilk yoxlayışım. Kitabı oxumazdan öncə kitabın üzərinə çəkilmiş filmi izlədim və qərara gəlmək olar ki kitab daha əvvəl yazılsa da filmə görə çox geridə qalır. Səbəbi ondan ibarətdir ki filmə nəzərən kitabda hadisələr həddən çox sürətli inkişaf edir, onların təsirində qalmağımıza imkan vermir. Tam bu hadisəyə pis olacağıq deyirik ki başqa əhvalat baş verir və artıq öncəkinin hər hansı əhəmiyyəti qalmır bizim üçün Ümumilikdə götürsək yeni başlayanlar, yerli yazarları sevərlər üçün oxunacaq kitabdır amma qərb klassikası oxuyub üstünə bunu oxumaq çörəklə düyü yemək olar yəqin. Uğurlu əsərdir :)
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
Reklam
408 syf.
8/10 puan verdi
·
Liked
44 günlük Vətən Müharibəsindən sonra yazılan kitab məni özünə çəkdi. Səbəb güclü detektiv motivləri yox real müharibə səhnələri idi. Düzdür hərdən bu reallıq fantastikaya çevrilir amma Azərbaycan oxucusunun "davalı" kitablara olan marağını nəzərə alsaq, sevdim :)
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0143 okunma
256 syf.
10/10 puan verdi
·
Read in 4 days
Agatha Christie - On Zənci Balası | Oxuduğum İlk Detektiv Əsər
Spoiler yoxdur rahatlıqla oxuya bilərsiniz. :) Kitabı indicə bitirmişəm. Elə bunun üçündə isti isti spoiler vermədən kitab haqqında fikirlərimi yazmaq istədim. İlk öncə bildirməliyəm ki, bu mənim ilk incələməmdir həm
Agatha Christie
Agatha Christie
dən oxuduğum ilk kitab həm də
On Zənci Balası
On Zənci Balası
oxuduğum ilk detektiv kitabdır. Əvvəllər qonaq getdiyim bir yerdə
Doktor Marçın Dörd Oğlu
Doktor Marçın Dörd Oğlu
detektiv
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432.7k okunma
256 syf.
9/10 puan verdi
·
Liked
Agatha Christie
Agatha Christie
Hər dəfə dedektiv kitabları oxuyanda məni yazıçının əsəri hansı psixologiyada yazdığı maraqlandırır.Hələ bu Aqata Kristidirsə.Əsasən heç zaman qatili doğru tapa bilmirəm..Yəqin məndən heç yaxşı dedektiv olmazdı. •On zənci balası.Yenə də incəliklə düşünülmüş bir qətl hadisəsi.Təcrübə burda öz sözünü deyir.Bir hakim öz zəkası ilə tək başına ortada heç bir şübhə yaratmadan 9 insanın və sonda da öz müəmmalı ölümünə səbəb olur.Əgər o kağız parçası olmasa idi naməlum bir qətl hadisəsi olaraq qalacaqdı. •Əgər bir psixoloq olsa idim hakim Uorqreyvin psixoloji probleminə tam bir ad qoyardım.Ancaq travmalarının özünündə qeyd etdiyi kimi uşaqlıqdan gəldiyi məlumdur. O dünyada qanunun əlinin çatmadığı çoxlu cinayətlər və cinayətkarların son dəfə ölüm hömünü verdi və özü yerindəcə yerinə yetirdi.Öz düşüncəsində bunu qətl yox cəzasız qalmış cinayətkarlar üçün cəza olduğunu düşünürdü.Və qurbanlarına da eyni cür yanaşmır.Onları öz düşüncəsində daha az günahkar bildiyi adamları tez öldürüb,qatı cinayətkar olanları isə vicdan əzabı,izdirab və sarsıntı keçirmələrini gözləyib sonra öldürürdü. •Əminəm ki,1 gün içində maraqla axıcılıqla bitirəcəyiniz bir əsərdir lakin,siz düşünərək,aramla dadını çıxararaq və bol bol qeydlər alaraq oxuyun. ~Uzun illər ərzində hakim işləyib.Axı onlarla,yüzlərlə insanın taleyi onun əlində olub.
Agatha Christie
Agatha Christie
On Zənci Balası
On Zənci Balası
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432.7k okunma
250 syf.
10/10 puan verdi
·
Liked
Eudien Ovidiu Çiroviçi Güzgülər kitabı "Kitabsevərlər"-in oxuculara qazandırdığı fərqli sujetti olan detektiv əsərdir. Baş verən hadisə 3 obrazın dilindən fərqli baxışlarla nəql edilir. Piter Kats, Roy Friman, Con Keller. Bir yerdə kulminasiya nöqtəsində düşündüyüm bütün məntiqi əlaqələr itdi. Riçard, Lora Cozefin qətlində ən çox şübhə yığan tiplər olsa da yazıçı tez-tez dolaşdırmağı, yenidən səxsləri gözdən keçirtməyə məcbur etməyi bacarırdı. Riçard bəxtsiz aşiq, Lora eqoist bədbəxt, Cozef isə işgüzar bədbəxt idi. Piter, Con jurnalist, nəşriyyat işçisi, Roy isə keçmiş polis idi. 3 tərəfdən aynalarla 3 bucaq səklində əhatələndiyimi düşünüb ,aynaya baxanda eyni şeyi fərqli prizmadan görə bildiyin kimi, aynadakı yansımaların iç-içə ,iç-içə olduğuna görə piramidaya çevrilir və xırdalıqlar gözdən qaçmağa başlayır deyə düşündüm. Sonra kulminasiyada aynaları sındırmağı təsəvvür edib , xırda parçaları yığırmış kimi fikirləşdim. O zaman lazım olan şəkilləri görmək mümkün idi deyə düşündüm. Yenə də əsər sonlandıqdan sonra yan rolları o sınmış parçalarda görə bildim. Bəzən göz yox, beyin də çox şey görməlidir ki, beyndəki ayna neyronlar deyilən neyronlar canlana bilsin və biz eşitdiklərimizi, gördüyümüzü və yaşadıqlarımızı birləşdirib zehnimizdə ayna formasına sala bilək, işimizi ortaya qoya bilək. Psixoloji terminlərə, psixologiya üzərinə vurğu etməsi fikrimcə uğurlu olub. Qicıqlandırmır, diksindirmir bu sahədən. Əksinə psixologiyanın daha çox şaxəli olduğu üzərində araşdırmaya sövq etmiş ola bilər.
Güzgülər Kitabı
Güzgülər KitabıEudjen Ovidiu Çiroviçi · KitabSevərlər · 04 okunma
Reklam
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.