Məşhur biznesmen Qurban Kazımovun sakit keçən həyatı birdən-birə alt üst olur. Həyatda hər şeydən dəyərli hesab etdiyi ailəsinin başına gələnlər onun da yaşamaq həvəsini öldürür. Türkiyədən yenicə qayıtmış dedektif Kənan Orucov baş verən hadisələrlə bağlı ona köməklik etməyə çalışır. Amma əldə etdiyi nəticə .... Bir gün qurbağa ilə əqrəb dost olurlar. Bir-birlərinə ömür boyu sadiq qalacaqlarına, həmişə kömək edə- cəklərinə söz verirlər. Aradan bir müddət keçdikdən sonra çayın qırağında dayanan qurbağa əqrəbin çaya yaxınlaşdığını görür. Əqrəb qurbağadan onu çayın digər tərəfinə keçirtməsini xahiş edir. Qurbağa əqrəbə onu belinə alıb qarşı tərəfə keçirtməkdən qorxduğunu deyir. Əqrəb bunun səbəbini soruşduqda qurbağa, əqrəbin onu sancmasından çəkindiyini bildirir. Əqrəb qurbağaya: – Axı biz dostuq. Həm də mən səni sancsam, özüm də suda boğulub ölərəm. Belə bir şeyi niyə edim? – deyir. Qurbağa bir qədər fikirləşdikdən sonra əqrəbin dediklərinə inanır. Əqrəbi belinə götürüb çaya girir və üzməyə başlayır. Düz çayın ortasına çatdıqda qurbağa belində bir ağrı hiss edir. Çox keçmədən əqrəbin onu sancdığını başa düşür. Ölmək üzrəykən son nəfə- sində əqrəbdən bunun səbəbini soruşur: – Bəs biz dost idik, əqrəb qardaş?! Mən sənə kömək edirdim. Sən niyə belə bir şey etdin? İndi ikimiz də birlikdə öləcəyik. Əqrəb isə cavabında: – Nə edə bilərəm, qurbağa qardaş? Mən əqrəbəm. Sancmaq və xəyanət mənim təbiətimdə var, – deyir. Bundan sonra ölən qurbağanın belində olan əqrə- bin özü də suda boğularaq ölür.
Author:
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Estimated Reading Time: 5 hrs. 50 min.Page Number: 206Publication Date: 2015Publisher: Qanun Nəşriyyatı
ISBN: 9789952820635Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
206 syf.
9/10 puan verdi
Əqrəb Mövsümü
Əqrəb oxuduğum maraqlı dedektiv kitablardan biridir.Kitabi oxuyarkən təəccüblənməmək mümkün deyil.Mən bu kitabı oxuduqda öz-özümə fikirləşdim ki,bir insanın keçmişdə etdiyi səhv gələcəkdə necə böyük faciələrə yol aça bilərmiş...Kitabda məşhur biznesmen Qurban Kazımovun həyatının birdən-birə viran olmasından danışılır.Əslində bu viran birdən-birə
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
Reklam
206 syf.
·
Not rated
Düşünürəm ki, serial əsərdən daha uğurludur. Serialda olan dəyişikliklər əla alınıb. Güclü aktyor heyəti və məntiqi ardıcıllığın qorunub saxlanılması mükəmməl idi. Kitab isə ümumilikdə maraqlı olmasına baxmayaraq bəsit idi.
Əqrəb
Əqrəb
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
206 syf.
7/10 puan verdi
·
Read in 25 hours
"Əqrəb"siz cəmiyyət
Bu kitaba maraq hamı kimi məndə də kitabın motivləri əsasında çəkilmiş serialdan sonra oldu. Yaxın zamanda həm serialı izləyib, həm də kitabını oxuduğum üçün baxmayaraq ki,bu bir kitab şərhidir, serial ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. İlk öncə kitab haqqında deyə bilərəm ki, mövzusu nə qədər maraqlı olsa da ədəbi cəhətdən zəif idi. Mövzusu təbii ki cəmiyyətin qaranlıq təfərlərini işıqlandırdırdığı üçün diqqət çəkən idi. Amma bir çox hadisələr bəsit işlənmişdi, tez baş verirdi, qırılamalar var idi və baş verən hadisələrin zamanı və saatları üst-üstə düşmürdü. Ümumi olaraq isə,kitabda bir insanın sevgisizlikdən bir caniyə çevrilməyini oxuyuruq, həmçinin ailə problemləri, pul xətrinə atılan addımlar, pul xətrinə seçilən həyat yoldaşları, evli qadınların özlərindən kiçik sevgililərini. Serial isə güclü ssenari, rejissor və operator işi ilə yadda qalan idi. Bəzi səhnələr çox güclü çəkilmişdi və aktyorlar izləyiciyə həmin emosiyaları gözəl çatdıra bilirdilər. Bir neçəsini çıxmaq şərti ilə təbii ki. Amma serialda da çox çatışmazlıqlar var idi. Azərbaycan kino və serial sektorunda ciddi dönüş etməyi bacaran bu çox serialı bədii filmdə olan həmin çatışmazlıqları görməzdən gəlmək olar. Çünki, uzun zaman idi ki, gözlərimiz ölkəmizdə yayınlanan kefiyyətli işlər görmürdü. Son olaraq demək istəyirəm ki, ssenari kitabdan daha güclü idi. Bəs sizin fikirləriniz nələrdir?
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
206 syf.
10/10 puan verdi
·
Read in 7 hours
Ceyhun Hidayətlinin "Əqrəb" romanı mənə çox təsir elədi.Sözün açığı bu əsəri oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Yazar əsərdəki qəhrəmanların duyğularını elə gözəl qələmə almışdı ki,özümü də o ailənin fərdi kimi hiss edirdim,onların yaşadıqları acını mən də yaşıyırdım.Kitabın axıcı və maraqlı olması ,onu bir göz qırpımında bitirməyimə səbəb oldu. Əsər, məşhur biznesmen Qurban Kazımovun səhvi ucbatından, iki ailənin faciəvi şəkildə dağılmasından danışır. Törədilmiş qətillərin aşkara çıxması üçün ,dedektif Kenan Orucova iş tapşırılır. Türkiyədə tanınmış olan dedektif Kenan Orucov hər bir cinayətin üstəsindən gəldiyi kimi ,bu cinayəti də aydınlaşdırır və əqrəbin əslində kim olduğunu tapır.Bunun müqabilində ,Qurban Kazımov dedektif Kenan Orucova yüklü miqdarda pul saxlayır.Yalnız Kenan Orucov həmin pula əl vurmadan birbaşa yetimlər evinə bağışlayır. Növbəti əqrəblərin yetişməməsi,oradakı uşaqların cəmiyyətimizə yararlı bir gənc kimi formalaşması üçün bunu kiçik bir yardım kimi edir. Xoş mütaliələr.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
Reklam
206 syf.
·
Not rated
·
Read in 16 hours
Ailə’nin dəhşətli Sonu.
Spoyler ola bilər! Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən Heçbiriniz haqqlı deyilsiniz. Salam 1k ailəsi. Bu ay oxuduğum bir kitabın daha sonuna gəldim, dedektiv kitabları sevsəmdə doğrusu çox oxuyan deyiləm. İlk kitabı oxudum daha sonra serialını izlədim Serial daha marağlı alınıb. Əsər haqqında fikrim isə Həmişə Dediyim bir söz var Nə Tanrı nə İnsanlar Valideyinlərin cəzasını övladlarından çıxmasın.Burada Nə Kərimin,Nə Kamranın, Nə Nailənin nə Nurlanın, nə də heç bir günahı da qəbahəti də yox idi. Hər birinizə xoş mütaliələr. Ümid edirəm real həyatda Nə Qurban müəllim kimi mala-mülkə Sevdiyi Qadını tərk edənlərə, Nə də cinayətkar kimi əqrəblərin oyununa gəlmərik. Sağlıqla qalın.Növbəti kitab incələməsinə qədər görüşənədək.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
206 syf.
10/10 puan verdi
·
Read in 3 days
Əsər hal-hazırda ekranlarda eyni adlı motivlərlə nümayiş olunan "Əqrəb mövsümü" serialını izləyərkən diqqətimi çəkdi. Serialın mövzusu o qədər maraqlı gəldi ki, bitməmiş əsəri oxumağa qərar verdim. Çox maraqlı, qeyri-adi süjet xəttinə malik dedektiv əsərdir. Əsəri bəyəndim. Hər kəsə tövsiyyə edirəm.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
·
Not rated
Ceyhun Hidayətli - Əqrəb mövsümü
İlk öncə gənc yazarımız Ceyhun Hidayətlini uğurlu romanına görə təbrik edir, yaradıcılığında uğurlar arzu edirəm. Müəllifin "Beyaz şeytan" romanını diqqətimi çəkmişdi əvvəlcədən. Tezliklə əldə edib oxuyacam. Kaş ki gənclərimizə dəstək olsalar... Dedektiv janrını hədsiz dərəcədə çox sevirəm. Agatha Christie və Sherlock Holmes'dan
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
206 syf.
10/10 puan verdi
·
Liked
Ceyhun Hidayətlinin demək olar ki, ən diqqət çəkən kitabıdır. O qədər axıcı kitabdır ki, necə oxuyub bitirdiyinizi anlamayacaqsınız. Serialı da çəkilən bu kitab dedektif janrındadır. Heç bir qatil və günahkar olanlar cəzasız qalmaz. Gec ya da tez cəzasını çəkər. Keçmişinizdə yaşamayın amma göz ardıda etməyin. Elə yaşayın ki, keçmişinizə dönüb baxdıqda peşman olmayasınız....
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
Reklam
206 syf.
9/10 puan verdi
·
Read in 19 days
Salamlar hamıya. Son zamanlar "Əqrəb Mövsümü" serialı haqqında çox danışılır. Seriala baxmazdan əvvəl kitabı oxumaq qərarına gəldim. Öz ədəbiyyatımızdan oxuduğum üçüncü detektiv kitab oldu. Məşhur biznesmen Qurban Kazımovun kiçik oğlu Nurlan amansızlıqla qətlə yetirilir. Nurlanın meyiti altı hissəyə bölünərək şəhərin müxtəlif yerlərinə səpələnmişdir. Meyitin alnında V işarəsi cızılıb. Qatil bununla nə demək istəyir? Ümumiyyətlə meyitin şəhərin müxtəlif hissələrinə səpələnməsində qatilin məqsədi nədir? Onu belə amansız cinayətə nə vadar edib? Suallarla dolu detektiv romandır. Edilən bir səhvin nəticəsi çox dəhşətli olur. Bəlkədə bu səhv bağışlana bilərdi. Bağışlamaq olardı mı? Bu da bir sual. Mən qatilin yerinə olsam nə edərdim deyə soruşdum özümdən. Hərhalda bağışlamaq çətin olmamalı idi. Heç olmasa qatil qədər amansız, qəddar olmazdım.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
206 syf.
7/10 puan verdi
Mövzusuna çox toxunmayacam
Ceyhun Hidayətlinin qələmini ilk yoxlayışım. Kitabı oxumazdan öncə kitabın üzərinə çəkilmiş filmi izlədim və qərara gəlmək olar ki kitab daha əvvəl yazılsa da filmə görə çox geridə qalır. Səbəbi ondan ibarətdir ki filmə nəzərən kitabda hadisələr həddən çox sürətli inkişaf edir, onların təsirində qalmağımıza imkan vermir. Tam bu hadisəyə pis olacağıq deyirik ki başqa əhvalat baş verir və artıq öncəkinin hər hansı əhəmiyyəti qalmır bizim üçün Ümumilikdə götürsək yeni başlayanlar, yerli yazarları sevərlər üçün oxunacaq kitabdır amma qərb klassikası oxuyub üstünə bunu oxumaq çörəklə düyü yemək olar yəqin. Uğurlu əsərdir :)
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.