Gönderi

206 syf.
7/10 puan verdi
·
Read in 25 hours
"Əqrəb"siz cəmiyyət
Bu kitaba maraq hamı kimi məndə də kitabın motivləri əsasında çəkilmiş serialdan sonra oldu. Yaxın zamanda həm serialı izləyib, həm də kitabını oxuduğum üçün baxmayaraq ki,bu bir kitab şərhidir, serial ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. İlk öncə kitab haqqında deyə bilərəm ki, mövzusu nə qədər maraqlı olsa da ədəbi cəhətdən zəif idi. Mövzusu təbii ki cəmiyyətin qaranlıq təfərlərini işıqlandırdırdığı üçün diqqət çəkən idi. Amma bir çox hadisələr bəsit işlənmişdi, tez baş verirdi, qırılamalar var idi və baş verən hadisələrin zamanı və saatları üst-üstə düşmürdü. Ümumi olaraq isə,kitabda bir insanın sevgisizlikdən bir caniyə çevrilməyini oxuyuruq, həmçinin ailə problemləri, pul xətrinə atılan addımlar, pul xətrinə seçilən həyat yoldaşları, evli qadınların özlərindən kiçik sevgililərini. Serial isə güclü ssenari, rejissor və operator işi ilə yadda qalan idi. Bəzi səhnələr çox güclü çəkilmişdi və aktyorlar izləyiciyə həmin emosiyaları gözəl çatdıra bilirdilər. Bir neçəsini çıxmaq şərti ilə təbii ki. Amma serialda da çox çatışmazlıqlar var idi. Azərbaycan kino və serial sektorunda ciddi dönüş etməyi bacaran bu çox serialı bədii filmdə olan həmin çatışmazlıqları görməzdən gəlmək olar. Çünki, uzun zaman idi ki, gözlərimiz ölkəmizdə yayınlanan kefiyyətli işlər görmürdü. Son olaraq demək istəyirəm ki, ssenari kitabdan daha güclü idi. Bəs sizin fikirləriniz nələrdir?
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
·
268 views
Məhəmməd Hüseynli okurunun profil resmi
Kitabı oxumadığım üçün fikir bildirmirəm ancaq serial məndən tam not aldı demək olar, dediyiniz kimi 1-2 əksiyi görməzdən gələbilərik. Çünki həqiqətəndə belə səviyyəli serial öz ölkəmizdə görməmişdik indiyə kimi. Dünya səviyyəli seriallardan aşağı olsa da ölkə səviyyəsindən yüksək olduğu aşikardı yəni. 1-2 çatışmazlıq dediyim isə bunlar idi ki, dedektif serialına görə çox çox az aksiyon və ya savaş səhnəsi var idi. 2cisi məsələn tapançanın atəşləndiyi səhnələrdə diqqətlə baxanda görürük ki tapança atəşlənmir, bu reallığı çox düşürür ona görə. 3cüsü isə bəzi səhnələrdə (əsasən ilk bölümlərdə daha çox) rus dilindən istifadə edilməsi idi. Hamımızın istər istəməz işlətdiyi sözləri tərcümə eləməklərini demirəm o normaldı amma ilk bölümdə həddindən çox rusca danışıq var idi, olmasada olardı məncə. Və məncə də bəzi səhnələrdə aktyorlar həqiqətəndə duyğunu keçirtdi bizə ilk dəfə olaraq. Buna görə də bir alqış düşür serialın bütün heyyətinə 👏
Ayişə Poladzadə okurunun profil resmi
Bəli, bir dedektiv serialına görə baş rollardan daha güclü bir iş gözləyirdim. Bəsitlik var idi. Buna baxmayaraq keyfiyyətli iş öz sözünü dedi. Doğurdan da təbrik olunası bir iş çıxarıblar, davamı olmasını ümid edirəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.