Gönderi

206 syf.
10/10 puan verdi
·
Read in 7 hours
Ceyhun Hidayətlinin "Əqrəb" romanı mənə çox təsir elədi.Sözün açığı bu əsəri oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Yazar əsərdəki qəhrəmanların duyğularını elə gözəl qələmə almışdı ki,özümü də o ailənin fərdi kimi hiss edirdim,onların yaşadıqları acını mən də yaşıyırdım.Kitabın axıcı və maraqlı olması ,onu bir göz qırpımında bitirməyimə səbəb oldu. Əsər, məşhur biznesmen Qurban Kazımovun səhvi ucbatından, iki ailənin faciəvi şəkildə dağılmasından danışır. Törədilmiş qətillərin aşkara çıxması üçün ,dedektif Kenan Orucova iş tapşırılır. Türkiyədə tanınmış olan dedektif Kenan Orucov hər bir cinayətin üstəsindən gəldiyi kimi ,bu cinayəti də aydınlaşdırır və əqrəbin əslində kim olduğunu tapır.Bunun müqabilində ,Qurban Kazımov dedektif Kenan Orucova yüklü miqdarda pul saxlayır.Yalnız Kenan Orucov həmin pula əl vurmadan birbaşa yetimlər evinə bağışlayır. Növbəti əqrəblərin yetişməməsi,oradakı uşaqların cəmiyyətimizə yararlı bir gənc kimi formalaşması üçün bunu kiçik bir yardım kimi edir. Xoş mütaliələr.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
·
204 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.