d

Divan eksperti

0 üye
Takip
Həll yolu tapılmayan / tapılması istənilməyən söhbət başlıqları
-Təhsil -Ədalət -Rüşvət -Tibb -Gənc beyin köçü -Narkotik dövriyyəsi -Həyat bahalılığı -Nepotizm Əslində bunların bir həll yolu var. Ancaq bunun hakimiyyətə nə qədər sərf etdiyi isə sadəcə bir müəmmadır
Divan eksperti
Səkkizinci Gün Adamların əlləri əkindən-biçindən, dəzgahdan, pambıq yığmaqdan, silahdan-sursatdan ayrılıb əl çalmağı öyrənirdilər. Adamlar əllərinə heç nə götürmürdülər ki, əlləri hazır vəziyyətdə dayansın. Elə kişilər vardı ki, hər gecə ailəsi ilə birlikdə əl çalırdı. Bunu işverən qonşulara görə eləyirdi, fikirləşirdi ki, bəlkə prezidentin qohumlarına çatdıralar, bir iş-güc sahibi olarlar. Çağaya əl çalmaq öyrədirdilər. Körpənin əlindən oyuncağı alırdılar ki, uşaq əl çalmağı yaxşı öyrənə bilsin. - Mənim balam bir əl çalsın, - analar körpə-lərinə belə deyirdilər. - Ay Allah, bundan beş dənə ver. O biri arvad: -Mənim balam bir əl çalsın görüm. - Sonra, - ay Allah, buna qurban olum, əməlli-başlı öyrənib. Arvadın biri o biri arvada belə deyirdi: - Ay gəlin, heç sənin körpən əl çala bilir? - Çalır xalası, yaxşı əl çalır, atası öyrədib, atası yaxşı əl çalandı. - Bir əl çal görüm) xala baxsın. Uşaq bəzən əlinə yox, başına əl çalırdı. Tərgidə bilmirdilər. Bu pis əlamət hesab olunurdu. Qara günə işarə idi. Uşaq hərdən oyuncağını götürüb öz başına vururdu. Oyuncağı alan kimi əlləriylə başına döyəcləyirdi. Qonşu arvadları bunu görə bilərdilər. Birdən elə anlayardılar ki, uşaq müxalifətçidi, ona görə uşağı nəzarətdə saxlayırdılar. Uşağa əl çaldırıb, sonra süd, yemək verirdilər. Uşaq yemək vaxtı gələndə başlayırdı əl çalmağa. Əl çalmaq dolanışıq, ruzi-bərəkət, çörək yeriydi. Bu təcrübəni uşaqlıqdan anlamaq lazımdı. Çünki prezidentin qəti göstərişi vardı: "Hamı əl çalmalıdır, əl çalmayan məndən deyil". Kəramət Böyükçöl
Divan eksperti
Reklam
Müxalifətçi uşaqlar
Öncəliklə yazdıqlarımı oxuyub dərk edən hər bir insanı Salamlayıram. Ciddi məsələyə toxunmaq istədim, neçə gündür bu haqda danışıb danışmamaq üçün götür-qoy edirəm. Nəhayət ki. cəsarətlənib "qələmimi" əlimə aldım) Çoxumuz bilirik ki, ölkəmizdə daha doğrusu ölkəmizin idarəsində bəzi problemlər var və bu açıq-aydın görünür. Uşaq pulunun verilməməsi, pensiyaların vaxtında ödənilməməsi, rüşvət, korrupsiya, təhsilin getdikcə zəifləməsi, işsizlik, şəhid-qazi ailələrinə olan hörmətsizlik,daşınmaz əmlakların qiymətinin qalxması və sair. Düzdür, mən sadə bir məktəbliyəm birşey deməklə heçnə düzələn deyil. Lakin, mən susub oturmalı deyiləm, bunları aradan qaldırmaq lazımdır. Məmurlarımız öz vəzifələrini layiqincə yerinə yetirmədikləri müddətcə ölkəmizdə bu və bəzi digər problemlər baş tutacaq. Prezident bunlara gözmü yumur? Yoxsa həqiqətən xəbəri yoxdur? Məlum deyil, amma mən 2ci variantı seçərək hərəkət etmək istəyirəm. Çox insan mənə deyir ki, "Sənə nə qalıb dövlətin işindən,get dərsini oxu!" Deyə bilmirəm ki, mən etməsəm kim edəcək, mən bu ölkədə oxuyacam, bu ölkədə yaşayacam, bu ölkədə işləyəcəm, ailəmi bu ölkədə quracam bu problemlər ola-ola mən ölkəmə necə güvənim?! Mən universitetə az bal yığıb qəbul olmaqdan qorxmuram, plan yerinin dolmağından qorxmuram , mənim qorxduğum rüşvət sayəsində mənim yerimi əlimdən alan olacaq insanın olmasıdır, universitet bitirib əlimdə diplomla qalmaqdır. Kaş bunlara ciddi nəzarət olunsa, kaş! Bəzi insanlar var mənə deyir ki, "Ölkəmizin idarəsi niyə pis olur ki. Şuşada,Xənkəndində və.s o qədər ev tikib,şərait yaradıb" Düzdür, mən bir şey demirəm o haqda amma nə olardı ki işğaldan azad olunmuş torpaqlarımıza edilənlərin 3də 1i Bakıya ediləydi. İndi hamı düşünəcək Bakılıyam, xeyr!, əhli Qarabağlıyam və bununla fəxr edirəm amma mən sadəcə və
Divan eksperti