XX əsrin ən görkəmli və mötəbər filosoflarından biridir məncə, Gramşi. Böyük ölçü də fikirlərinə olduqca qatıldığım bu filosofun düşüncələrini bu kitab sayəsin də öyrəndim və onları təhlil etdim. Gramşinin bir neçə əsas düşüncəsini yazmaq istədim ki, sizlər də mənim kimi bu kitabı oxuduq da daha yaxşı anlaya biləsiniz.
Gramşi, bütünlük də gündəlik həyatımız da istifadə etdiyimiz hər şeyin: kitabların, qəzetlərin, radioların, (hətta yeni dövr də qarşımıza çıxan reklamların, telefonların və TV-nin) musiqilərin və s. ideologiya yaymaq üçün vasitə olduğunu dilə gətirir. Bu təqdir də Gramşi iki sinif ayrımı edir: idarə edənlər və idarə edilənlər. Məhz buradan anlayacağınız kimi, mütəfəkkirin düşüncəsinə görə üst sinif ideologiya yaymaq vasitəsi ilə alt sinifi idarə edir.
Gramşinin üstqurum (siyasi və sivil cəmiyyət) və bazis (istehsal vasitəsələri) mövzusunda da Marksdan və Lenindən fərqləndiyi açıq-aydın görünür. Gramşinin fərqləndiyi nöqtə isə məhz "üstqurum"dur. Gramşi burada fərqli bir anlayış ortaya ataraq, "transformizm" anlayışını müdafiə edir: üstqurumun iki əsas komponenti olan sivil cəmiyyət və siyasi cəmiyyət arasında, eynilə də yuxarı da bəhs etdiyim iki sinif arasında da insanlar bir növ transfer edilirlər. Mütəfəkkir bu mövzunu da "intellektuallar" üzərindən açıqlığa qovuşdurur. İntellektuallar, idarə edən sinifin ideologiya yaymasını asanlaşdıran və bir növ vasitəçi rolunu oynayan insanlardır. Ələlxüsus transformizm anlayışında bundan bəhs olunur. Bu fikirlərin daha təfərrüatlı izahını kitabı oxuyaraq əldə edə bilərsiniz.
Kitabın PDF formatını istəyən yaza bilər.