Ay qız, mənim payımsan,
Göy yüzündə Ayımsan!
Mən səni çox istirəm,
Yaxşı mənim tayımsan!
Dağlar dağlara baxar,
Atəşin bəni yaxar.
Həlbət bir gün gələcək,
Hayleylə girdim bağa,
Qızıl gülü dərmağa.
Qızıl gül bəhanədir
Sevən yarı görmağa.
Aşiqəm, gül alanda,
Gül bitər Gülalanda.
Şükri yadıma düşər,
Əlimə gül alanda.
Məscidin bucağında,
Şam yanar ocağında.
Baş qoyub, can verəydim,
Dostumun qucağında.
Əzizim, gəzər bağı,
Dost gəlib gəzər bağı.
Məhəbbət bir dəstə gül,
Açılıb bəzər bağı!
Atıldı dağlardan zəfər topları,
Bürüdü elləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qiz
Bəkliyor bizləri zəfər, bismillah!
Ey döyünən yürək, dumanlı şəhər,
Bilirmisən, bu zor gurultu nədir?
Aç sisli qoynunu, ordumuz gəlir,
Nişanlın qoynuna girər, bismillah!
Ey hərbin taleyi, bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən hər gecə göylərdə gümüş ay kimi parla,
Mən şöləsi titrək çıraq olsam, nəyi pisdi?
Sən incə zərif duyğuların məskəni cənnət,
Mən orda xəyalən qonaq olsam, nəyi pisdi?
Sən bir kitab ol, zövqü olanlar oxusunlar,
Mən rəngi saralmış varaq olsam, nəyi pisdi?
Sən nur ələyən hər yana büllur saray ikən,
Mən torpağa yatmış otaq olsam, nəyi pisdi?
Sən çay kimi ax, bəndləri sındır yolun üstə,
Mən sadə ve səssiz bulaq olsam, nəyi pisdi?.
Sən ruhunu azad ele zülmət qaralıqdan,
Mən yarı qara , yarı ağ olsam, nəyi pisdi?
Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın...
Mən də sənə hərdən dayaq olsam, nəyi pisdi?