Gül Şiir

Gül Şiir

3 üye · 3 yeni gönderi
Ey qardaşlar! Bir zamanlar elmisizlik dumanı, Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı. O zəhərli havalardan gül yanaqlar solmuşdu, O gün xain, pis əllərdən Vətən xarab olmuşdu! Göylər bizə işıq deyil, yıldırımlar saçırdı. Günəş, yağmur, sular bizdən uzaq qaçırdı. Allah belə qəbul etməz oldu bizim qurbanı, Bizi o gün boğuyordu azğınlığın
Sayfa 58 - QanunKitabı okudu
Şerim
Şerim sınıq bir türk sazı, ağladaraq tellərini, Adaq-adaq gəzmək istər könlüm Turan ellərini! Ben bir Turan yolçusuyam, əlimdə bir sönük məşal, Aman, şerim, hümmət eylə, aman, təbim, bir qanad çal! Açın qəlbim qubarını, baxın nədir baş yazısı? Əvvəl Allah göndərəndir, sonra Türkün bayatısı! Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı Kölgəsində düşər yerə Türkün əgilməyən başı!
Sayfa 136 - QanunKitabı okudu
Reklam
Qitələr
Məhəbbət gələndə insan ömrünə, Sanırsan hər yerə ilk bahar gəlib, Məhəbbət gedəndə, – lənət o günə, Sanırsan dünyaya boran, qar gəlib! Deyirlər, gözəllik gəldi-gedərdir, Gözəllik odur ki, duyanı olsun! Gözəllik odur ki!.. Yoxsa, hədərdir, Başını bu yolda qoyanı olsun! Gözəllik odur ki, duyanı olsun!! Sevda yollarında ağlamayan kəs, Dünyanın zövqünü duya bilərmi? Sevda yollarında çağlamayan kəs, Dağları, daşları oya bilərmi? Dünyanın zövqünü duya bilərmi?! Dünyaya yas tutdum ürəyimdə mən, Axan göz yaşımı silən olmadı! Cahanı güldürüm, diləyimdə mən, Özümün dərdimi bilən olmadı. - Axan göz yaşımı silən olmadı!! Batum, 1916, sentyabr-oktyabr
Sayfa 29 - QanunKitabı okudu
Gəncədən Gəlirəm...
Gəncədən gəlirəm, yüküm xurmadı, Gəncənin yolları burma, burmadı. Gəncədə bir qız var, teli durnadı, Günəşə sən çıxma, mən çıxım deyir! Gəncədən gəlirəm, yüküm çiçəkdi, Gəncənin gülləri ləçək-ləçəkdi. Gəncədə bir qız var, adı Çiçəkdi, Quşlara sən uçma, mən uçum deyir! Gəncədən gəlirəm, malım nə maldı, Gəncədən aldığım ipəkdi, şaldı. Gəncədə bir qız var, adı Maraldı, Ceyrana sən qaçma, mən qaçım deyir! Gəncədən gəlirəm, yüküm xınadı, Könlüm dəli quşu ona qonadı. Gəncədə bir qız var, adı Sonadı, Sulara sən axma, mən axım deyir! Gəncədən gəlirəm, sözə bənd olub, Gəncənin meyvəsi şəkər, qənd olub. Gəncədə bir qıza gözüm bənd olub, Cavada sən baxma, mən baxım deyir!
Sayfa 22 - QanunKitabı okudu
Qurban Olduğum
Bir xeyli zamandır getdi, gəlmədi, Əhdi peymanına qurban olduğum! İstədi can verdim, qǝdir bilmədi, O şirin canına qurban olduğum! Dedim: ayrılığa yoxdur tavanım, Ayrılıb getməsin sərvi-rəvanım! Bir daha dönməzmi yosma tərlanım,
Sayfa 20 - QanunKitabı okudu
Sən ağlama
Bən deyən yox, fələk deyən oldusa, Əsdi yellər, gül yanağın soldusa; Dərd əlindən ala gözlər doldusa, Sən ağlama, bən ağlayım, gözəlim! Uğurunda olmuş ikən sərsəri, Bən öpmədən o qıvırcıq telləri; Dağıtdısa təbiətin yelləri, Sən ağlama, bən ağlayım, gözəlim! Nerdə sənin hər aşiqə, hər gəncə, Eşq oxuyan qəlbin, sönmüş o, bəncə; Bulmayırsa qəlbin artıq əyləncə. Sən ağlama, bən ağlayım, gözəlim! Bir qul idim gecə-gündüz sizlərə, Yazıq, bəni güldürmədin bir kǝrǝ... Baxıb şimdi əlindəki izlərə, Sən ağlama, bən ağlayım, gözəlim! Bən baxarkən sən vurduğun yaraya, Şimdi zalım fələk girdi araya. Bax, xəstə qəlbimlə gəldim haraya, Sən ağlama, bən ağlayım, gözəlim!
Sayfa 33 - QanunKitabı okudu
Reklam
160 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.