Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Bayatılar
Hayleylə girdim bağa, Qızıl gülü dərmağa. Qızıl gül bəhanədir Sevən yarı görmağa. Aşiqəm, gül alanda, Gül bitər Gülalanda. Şükri yadıma düşər, Əlimə gül alanda. Məscidin bucağında, Şam yanar ocağında. Baş qoyub, can verəydim, Dostumun qucağında. Əzizim, gəzər bağı, Dost gəlib gəzər bağı. Məhəbbət bir dəstə gül, Açılıb bəzər bağı!
Sayfa 214 - QanunKitabı okuyor
Bən söylədim dərdimi, Tazə yaşıl yaprağa! Daha dərdim bitmədən O sərildi toprağa
Sayfa 199 - QanunKitabı okuyor
Reklam
Bismillah
Atıldı dağlardan zəfər topları, Bürüdü elləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qiz Bəkliyor bizləri zəfər, bismillah! Ey döyünən yürək, dumanlı şəhər, Bilirmisən, bu zor gurultu nədir? Aç sisli qoynunu, ordumuz gəlir, Nişanlın qoynuna girər, bismillah! Ey hərbin taleyi, bizə yol ver, yol! Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sayfa 181 - QanunKitabı okuyor
Bəncə, dərdin ən yamanı İtirmək dərd anlayanı! Hər yetənə sordum hanı, Göstər bir dərd anlayanı?!
Sayfa 179 - QanunKitabı okuyor
Nəyi pisdi?
Sən hər gecə göylərdə gümüş ay kimi parla, Mən şöləsi titrək çıraq olsam, nəyi pisdi? Sən incə zərif duyğuların məskəni cənnət, Mən orda xəyalən qonaq olsam, nəyi pisdi? Sən bir kitab ol, zövqü olanlar oxusunlar, Mən rəngi saralmış varaq olsam, nəyi pisdi? Sən nur ələyən hər yana büllur saray ikən, Mən torpağa yatmış otaq olsam, nəyi pisdi? Sən çay kimi ax, bəndləri sındır yolun üstə, Mən sadə ve səssiz bulaq olsam, nəyi pisdi?. Sən ruhunu azad ele zülmət qaralıqdan, Mən yarı qara , yarı ağ olsam, nəyi pisdi? Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın... Mən də sənə hərdən dayaq olsam, nəyi pisdi?
Parlaq imzalarKitabı okudu
Şerim
Şerim sınıq bir türk sazı, ağladaraq tellərini, Adaq-adaq gəzmək istər könlüm Turan ellərini! Ben bir Turan yolçusuyam, əlimdə bir sönük məşal, Aman, şerim, hümmət eylə, aman, təbim, bir qanad çal! Açın qəlbim qubarını, baxın nədir baş yazısı? Əvvəl Allah göndərəndir, sonra Türkün bayatısı! Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı Kölgəsində düşər yerə Türkün əgilməyən başı!
Sayfa 136 - QanunKitabı okuyor
Reklam
Bir yolçuyam, sǝmum yeli doldurmuşdur gözlərimi, Bir qəribəm, yad ellərdə anlayan yox sözlərimi. Barı sən gəl, ey gözəl qız, Ey ruhumda doğan ulduz, Göstər mənim qibləm hanı?
Sayfa 133 - QanunKitabı okuyor
Qaldı
Bir gül əkdim, açılmamış dərdilər. Zəhmətimdən mənə bir tikan qaldı. Əmək çəkdim, gün keçirdim, gül əkdim, Əməyimdən solğun bir fidan qaldı! Nə yazım yaz, nə də günüm gün oldu, Könlümün çiçəyi açmadan soldu. Qanadımı bir uğursuz əl yoldu. Yerində bir damla quru qan qaldı. Söylədiyim boş söz, tökdüyüm qan-yaş, Haqqıma, - kim isən - ǝl vurma, yavaş. Yavaş ki, dərdimə ağlayan qardaş, Yerində, arxamda bır düşman qaldı. Yaralandım, sarmadılar yaramı, Yas gününə döndərdilər bayramı. Əlimdən aldılar son bir çaramı, Əsəri ruhumda bir fəğan qaldı!
Sayfa 124 - QanunKitabı okuyor
Yaralı quş
Yaralıdır könlüm quşu, yaralı, Yaralandı yazıq şair olalı! Bir dərinlikdə ki, hər düşən çıxmaz, Qurtulmaq istəyir, qanad yaramaz! İmdadına gələn ümidindən az, Yaralıdır könlüm quşu, yaralı!
Sayfa 113 - QanunKitabı okuyor
Mən doğrusu, daim gülmək istərəm, Nə öldürmək, nə də ölmək istərəm! Artıq yetər Yer üzündə axan qan, Yetər artıq bu gözyaşı, bu hicran! Mən istərəm yaşıllıqlar solmasın, Sevdaların sonu hicran olmasın! Qurumasın gözəl üzdə tər danə, Nə ağlasın bülbül, nə də pərvanə! Dilindəki aşiqanə qəzəli Qoy oxusun o qəlbimin gözəli! Ürəyində nə dərd qalsın, nə qayğı. Mən görməyim səadətin sonunu! Ölüm getsin, qalmasın da kölgəsi, Olsun dünya - o bir sevinc ölkəsi! Ah, bu günlər könül belə umunca, Dəyişsəydi bir göz açıb yumunca! Ey uçarkən düşüb ölən kəpənək, Sən də gözlə, elə bir gün gələcək!..
Sayfa 83 - QanunKitabı okuyor
151 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.