Gül Şiir

Gül Şiir

3 üye
İstəmə!
Sən sana gər yar isən var, ey könül, yar istəmə! Yarü dildar ol sana, sən yarü dildar istəmə! Bivəfadar çün bu aləm, kimdən istərsən vəfa? Bivəfa aləmdə sən yari-vəfadar istəmə! Gül bulunmaz bu dikənli dünyanın bağında çün, Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə! Mə’rifətdir xalis altun, sikkəsi fəzlü hünər, Altunu tanı, zəğəldən ari
Sevə bilməzsən
Hələ qəlbimizdə xatirə izi, Hələ ayrılığın nəmlidir gözü, Hələ ki sevirik bir-birimizi, Başqa birisini sevə bilməzsən. Gör neçə nəğmənin bəstəsi qalıb, Bu ocaq sönübsə, tüstüsü qalıb, Əlində əlimin istisi qalıb, Başqa birisini sevə bilməzsən. İncidib, qəlbimə dəyə bilmirsən, Yolunu bir yolluq əyə bilmirsən, Mənə "yox" sözünü deyə bilmirsən, Başqa birisini sevə bilməzsən. İl keçir, ömürdə xatirə qalır, Bahar güllərimiz qönçədə solur, Hələ ki gözlərin məni axtarır, Başqa birisini sevə bilməzsən. Axar gözümüzün yaşı qurumaz, Deyirdik bu ilqar, peyman pozulmaz, Belə sevə-sevə ayrılıq olmaz, Başqa birisini sevə bilməzsən.
Nüsret Kesemenli
Nüsret Kesemenli
Reklam
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
10ay
Cənnət gülü...
Allahü əkbər, ey sənəm, hüsnünə heyran olmuşam, Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam. Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir, Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.
M.zade

M.zade

@Sama_
·
1ay
Mən onun eşqiylə qanad açmışam, Şeyda bülbül kimi gülə uçmuşam...
Olmur...
Daha son ümidə ümid qalmayıb, Qalsa yollarına baxardım, olmur… Soyuq əllərimi üzük yerinə, Qaynar əllərinə taxardım, olmur… Yanında, elə bil, yersiz qonağam, Mən sənə günaham, suçam, yasağam. Sən güllə deyilsən, mənsə qorxağam… Səni öz başıma sıxardım, olmur… Neyləyək olmadı, çatmadı gücüm, Elə bil tutmadı bürcünlə bürcüm. Səni ürəyimdən çıxarmaq üçün, Gərək ürəyimi çıxardım, olmur…
Qismət Rüstəmov
Qismət Rüstəmov
M.zade

M.zade

@Sama_
·
1ay
Yenə də qələmi aldım əlimə, Sevirəm kəlməsi yatmır dilimə, Sevsəm də çatmadım mən öz gülümə, Dünyadan, sevgidən nakam gedirəm. Dünyanın işləri belədir, nədən? Sevərək ayrıldım öz gülümdən mən, Çıxara bilmirəm onu qəlbimdən, Dünyadan, sevgidən nakam gedirəm. Nə zaman mən gizli sevmişəm onu, Şeirdə, qəzəldə gəzmişəm onu, Ömrüm tükənibdi, gəlibdi sonu, Dünyadan, sevgidən nakam gedirəm.
Reklam
107 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.