Gül Şiir

Gül Şiir

3 member
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
4mo
Taramış zülfünü dökmüş gerdana Yel estikçe dalgalanır her yana. Dedim dilber çevir yüzün bak bana Gözler yıldız al yanaklar ay mıydı? Arasan dünyayı bulunmaz eşi Siyah bulut perdelemiş güneşi. Ah çekti gözünden sel etti yaşı Deniz miydi derya mıydı çay mıydı?
Gəl bir dəfə çay içək, Hesabı mən verəcəm. Biraz geciksən belə Mən yenə gözləyəcəm. Düzü çay xoşlamıram, Sənə görə gəlmişəm. Sən astaca içərsən Mən səni izləyəcəm. (Müəllifi bilən varsa yazsın) 🌿
Reklam
Füzulinin "Su" qəsidəsinə bənzətmə
Suda qərq etsə də, ey dil, məni-naçarı yağış, Söndürə bilmədi qəlbimdəki odları yağış. Göydə səyyarələr ağlar bir bax bu su da Yarı sayyarələrin göz yaşıdır, yarı yağış. Soyuq ahım ki buludlu göyə getdi çatdı Ol zamandandı tutub çölləri, gülzari yağış. Necə ar eyləməyib busə o güldən dilədim Yuyub üzdən aparıb yoxsa həya, arı
Sayfa 72 - Parlaq imzalarKitabı okudu
İncə
Vəfadarım mənim, ilk baharım mənim, Eşqində görmüşəm səadətimi, Məndən dönsən əgər, Ayım, Günəşim sönər, Könül verdiyim, qoru məhəbbətimi. © Südabə Şəfa instagram.com/reel/C2xixhUNR3...
Qoymur ürəyim ki, çəkilə göz dodağından Bəlkə, Çıxa bir kəlmə şirin söz dodağndan. Mey içdiyin o boş qədəhi saqidən aldım Bəlkə, o qədəhdə qala bir iz dodağından. Kaş ki, Çıxa məndən, küləyə çevrilə ruhum Axşam yanağından öpə, gündüz dodağından. Süzgün baxışında "sevirəm"'sözünü gördüm, Amma ürək istər eşidə öz dodağından. Fəhmi, nə qədər solmayıb ol nazlı pərinin Cəhd eylə təbəssüm çiçəyin üz dodağından.
Sayfa 73 - Parlaq imzalarKitabı okudu
Gecələr
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr, Qəmli ruhun haraları gəzdi, biləydim gecələr. Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş, Baş qoyub sinənə sakitcə öləydim gecələr. Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib, Başın üstündə səmaya düzüləydim gecələr. Ağlayıb gündüzü biçarə buludtək sənsiz, Baxaraq göz yaşıma sənlə, güləydim gecələr. Sən qaranlıqda ayı seyr elədikcə, mən də, Ruhuna ay işığıyla süzüləydim gecələr. Baş daşım üstə dodaq izlərini öpmək üçün, Allahımdan da xəbərsiz diriləydim gecələr. Fəhminin qəlbində son arzu qalmış yalnız, Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.
Sayfa 56 - Parlaq imzalarKitabı okudu
Reklam
267 öğeden 161 ile 170 arasındakiler gösteriliyor.