Gül Şiir

Gül Şiir

2 üye · 6 yeni gönderi
Gözlərinə
Hər nəyim var edərəm mən ki fəda gözlərinə O kiçik, amma ki qiymətdə baha gözlərinə. Gözlərin fikri ilə nalədəyəm şamü-səhər Yetməyirmi bu qədər ahü-nəva gözlərinə. Saçını aç tök üzə, gözlərini gizlət ki Baxmasın məkr ilə hər çeşmi-gǝda gözlərinə. Atmışam daşını Tanrıya dua eyləməyin Edirəm dərdə düşən vaxtı dua gözlərinə. Belə zülm eyləmək olmaz, mələyim, bir vaxt tap Azca rəhm etməyi öyrət o qara gözlərinə. Ey günəş çöhrəli, görcək səni yumdum gözümü Neyləyirsən düşə gər böylə şüa gözlərinə. Fəhminin heyif ki, var canı, qalmış mətəl Bilməyir qurban edə zülfünə, ya gözlərinə?
Sayfa 113 - Parlaq imzalarKitabı okudu
Dağılar
Qoyma, birdən üzünə zülfi-səmənsa dağılar, Görməsəm çöhrəni gözdən yerə dərya dağılar. Nə gərək dərd çəkəm, eşqin əliylə ürəyim Ya ki bir yolluğa təmir olunar, ya dağılar. Bu qədər tənə daşı atma mənə, qorxum odur Şüşətək parçalanıb bu dili-şeyda, dağılar. Nə qədər çəkmək olar gül dodağın həsrətini Yoxsa bir busǝ verəndə mənə dünya dağılar. Fəhmi, çün qətrəsinin qiyməti candan bahadır Asta süz ki yerə birdən meyi-həmra dağılar.
Sayfa 104 - Parlaq imzalarKitabı okudu
Reklam
Yüz bu qədər
Görsə eşqində ürək dərdü-kədər yüz bu qədər Yenə səndən qəmü-möhnət diləyər yüz bu qədər. Gözlərimdən o qədər sel ki gedir şamü səhər, Belə getsə olacaq bəhri-Xəzər yüz bu qədər. Sevgilim, aşiqinə azca vəfa eyləyəsən, Göstərər şövq ilə eşqində hünər yüz bu qədər. Mən çatan mərtəbəyə eşq yolunda Məcnun Çata bilməz, çalışıb töksə də tər, yüz bu qədər. Mənə dün verdi bəla zəhrini dildar, içdim, Yenə nuş eylǝyǝrǝm versə əgər, yüz bu qədər. Xar ilə görsəm əgər mən səni, ey gül, bir də, Atəşimdən çıxacaq ərşə şǝrǝr yüz bu qədər. Fəhmi, istərsən əgər şair olub ad qoyasan, Cəhd elə ki ola şerində kəsər yüz bu qə
Sayfa 98 - Parlaq imzalarKitabı okudu
Sevdim
Sadiq aşiq qəlbdə dünya qədər qəm saxlayar, Hər qədər dünyada var qǝm, eyləyər cəm, saxlayar. Bircə qətrə içmisən eşqin meyin, bəsdir sənə, Bu elə meydir səni ta qəbrəcən dəm saxlayar. Göy üzün neyçün tutub qarə buludlar bilmədim, Yoxsa ki, əhvalıma göylər də matəm saxlayar. Gül yanağım üstə göz yaşı görünsə, eybi yox, Rəsmdir, gül yarpağı üstdə şəbnəm saxlayar. Fəhmi ayrılmır xəyalından bir an da, ey mələk, Qorxudur təklik onu, yanında həmdəm saxlayar.
Sayfa 80 - Parlaq imzalarKitabı okudu
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
4ay
Taramış zülfünü dökmüş gerdana Yel estikçe dalgalanır her yana. Dedim dilber çevir yüzün bak bana Gözler yıldız al yanaklar ay mıydı? Arasan dünyayı bulunmaz eşi Siyah bulut perdelemiş güneşi. Ah çekti gözünden sel etti yaşı Deniz miydi derya mıydı çay mıydı?
Reklam
262 öğeden 151 ile 160 arasındakiler gösteriliyor.