g

Gül Şiir

2 üye
Sevə bilməzsən
Hələ qəlbimizdə xatirə izi, Hələ ayrılığın nəmlidir gözü, Hələ ki sevirik bir-birimizi, Başqa birisini sevə bilməzsən. Gör neçə nəğmənin bəstəsi qalıb, Bu ocaq sönübsə, tüstüsü qalıb, Əlində əlimin istisi qalıb, Başqa birisini sevə bilməzsən. İncidib, qəlbimə dəyə bilmirsən, Yolunu bir yolluq əyə bilmirsən, Mənə "yox" sözünü deyə bilmirsən, Başqa birisini sevə bilməzsən. İl keçir, ömürdə xatirə qalır, Bahar güllərimiz qönçədə solur, Hələ ki gözlərin məni axtarır, Başqa birisini sevə bilməzsən. Axar gözümüzün yaşı qurumaz, Deyirdik bu ilqar, peyman pozulmaz, Belə sevə-sevə ayrılıq olmaz, Başqa birisini sevə bilməzsən.
Nüsret Kesemenli
Nüsret Kesemenli
M.zade

M.zade

@Sama_
·
1ay
Mən onun eşqiylə qanad açmışam, Şeyda bülbül kimi gülə uçmuşam...
Reklam
Bayatılar
Hayleylə girdim bağa, Qızıl gülü dərmağa. Qızıl gül bəhanədir Sevən yarı görmağa. Aşiqəm, gül alanda, Gül bitər Gülalanda. Şükri yadıma düşər, Əlimə gül alanda. Məscidin bucağında, Şam yanar ocağında. Baş qoyub, can verəydim, Dostumun qucağında. Əzizim, gəzər bağı, Dost gəlib gəzər bağı. Məhəbbət bir dəstə gül, Açılıb bəzər bağı!
Sayfa 214 - QanunKitabı okudu
Olmur...
Daha son ümidə ümid qalmayıb, Qalsa yollarına baxardım, olmur… Soyuq əllərimi üzük yerinə, Qaynar əllərinə taxardım, olmur… Yanında, elə bil, yersiz qonağam, Mən sənə günaham, suçam, yasağam. Sən güllə deyilsən, mənsə qorxağam… Səni öz başıma sıxardım, olmur… Neyləyək olmadı, çatmadı gücüm, Elə bil tutmadı bürcünlə bürcüm. Səni ürəyimdən çıxarmaq üçün, Gərək ürəyimi çıxardım, olmur…
Qismət Rüstəmov
Qismət Rüstəmov
M.zade

M.zade

@Sama_
·
1ay
Yenə də qələmi aldım əlimə, Sevirəm kəlməsi yatmır dilimə, Sevsəm də çatmadım mən öz gülümə, Dünyadan, sevgidən nakam gedirəm. Dünyanın işləri belədir, nədən? Sevərək ayrıldım öz gülümdən mən, Çıxara bilmirəm onu qəlbimdən, Dünyadan, sevgidən nakam gedirəm. Nə zaman mən gizli sevmişəm onu, Şeirdə, qəzəldə gəzmişəm onu, Ömrüm tükənibdi, gəlibdi sonu, Dünyadan, sevgidən nakam gedirəm.
Bismillah
Atıldı dağlardan zəfər topları, Bürüdü elləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qiz Bəkliyor bizləri zəfər, bismillah! Ey döyünən yürək, dumanlı şəhər, Bilirmisən, bu zor gurultu nədir? Aç sisli qoynunu, ordumuz gəlir, Nişanlın qoynuna girər, bismillah! Ey hərbin taleyi, bizə yol ver, yol! Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sayfa 181 - QanunKitabı okudu
Reklam
256 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.