g

Gül Şiir

2 üye
Dinlə məni sevgilim
Dayan, sözümü kəsmə, Səbirli ol, tələsmə, Haray, səs ver səsimə, Dinlə məni, sevgilim. Safdır ürəyim, içim, Günahım yox and içim, Qalmadı taqət, gücüm, Dinlə məni, sevgilim. Sözlərimdə yox yalan, Mənəm oduna yanan, Bağrım olacaq talan, Dinlə məni, sevgilim. Düz danışan mənəm, mən, Eşqə sadiq mənəm, mən, Söylə mənə sən əhsən, Dinlə məni, sevgilim © Vüqar Əhməd
O qızın...
Saçları bir zülfi-pərişan idi, Cümlə cahan zülfünə qurban idi O qızın İndi səliqəylə daranmış başını qar tutur, Saçlarını sanki qara rəng uduzur, ağ udur. Gözləri bir nərgizi-fǝttan idi, Kirpiyi sanki iti peykan idi
Sayfa 30 - Parlaq imzalarKitabı okudu
Reklam
Gül çöhrəni seyr etmək üçün növbə çəkirlər, Ay gecə, günəş isə gündüzləri səni gözlər.
Sayfa 71 - Parlaq imzalarKitabı okudu
Bu nə dünyadı, ilanlar uçuşur göylərdə, Qara torpaqdasa qartal doğulanlar sürünür.
Sayfa 64 - Parlaq imzalarKitabı okudu
Könlünə baxıb gözlərinin pəncərəsindən Məndən utanan sirləri gizlincə biləydim.
Sayfa 69 - Parlaq imzalarKitabı okudu
Buz heykəl
Məni küsdürmək asandır, məni ağlatmaq asan, Məni çaşdırmaq asandır, məni aldatmaq asan, Məni ləngitmək asandır, məni saxlatmaq asan, ... Mənim olmaq nə çətin. Məni buzlatmaq asandır, məni dondurmaq asan, Məni laxlatmaq asandır, məni sındırmaq asan Məni göstərmək asandır, mənə əl vurmaq asan. ... Mənə çatmaq nə çətin. Mənə zülm etmək asandır, məni incitmək asan, Məni alçaltmaq asandır, məni əskiltmək asan, Məni tərk etmək asandır, məni tərgitmək asan, ... Məni sevmək nə çətin.
Sayfa 13 - Parlaq imzalarKitabı okudu
Reklam
256 öğeden 161 ile 170 arasındakiler gösteriliyor.