Gül Şiir

Gül Şiir

2 üye
Dodağından
Bir busə alıb şövq ilə canan dodağından, Sandım ki, gəlir canıma min can dodağından. Yüz arif ola, ağzının əsrarını bilməz, Gövhər saçılır hər yana mərcan dodağından. Gül qönçəsinin ətri gəlir hər açılanda, Al rəngli şəfəqlər kimi əlvan dodağından. Hicran gününün xəstəsiyəm, vəslə yetəndə Könlüm tapacaq dərdinə dərman dodağından. Yüz şövq ilə Mir Mehdi verər canını qurban, Yar versə əgər lütf ilə fərman dodağından.
Mirmehdi Seyidzadə
Mirmehdi Seyidzadə
HİCRAN AĞLA DEDİ, VÜSAL GÜL DEDİ
Dənizsahilində dayanmışam tək, Ani tənhalıqdan sıxıldı ürək. Səmadan, sulardan qalxdı bir ahəng Bulud ağla dedi, dəniz gül dedi. Gah coşqun çay oldum, gah dilsiz axdım, Odlu şimşək kimi göylərdə çaxdım. Bir görüş eşqiylə yollara baxdım, Hicran gəlmə dedi, vüsal gəl dedi. Halal bir əməklə açdım qol-qanad, Mənasız keçmədi ötən hər saat. Hikmətli kitaba bənzəyir həyat, Kimi bilmə dedi, kimi bil dedi. Hər kəsə açmaram ürək sözümü, Gülgünəm, tufanlar əyməz dizimi. Göydə şimşək çaxdı, ayaq izimi Günəş silmə dedi, yağış sil dedi, Hicran gəlmə dedi, vüsal gǝl dedi...
Sayfa 97 - Şərq-QərbKitabı okudu
Reklam
MƏN TƏNHA DEYİLƏM
Çox zaman deyirlər tənha qalma sən, Tənhalıq kövrəldir insanı bəzən. Tənhalıq yaraşmır çinara belə, Tənhalıq yaraşmır çiçəyə, gülə... Tək qalan dağın da dərdi dağ olar, Tək qalan bulağın gözləri dolar. Yaş tökər gözündən hey gilə-gilə, Tənhalıq dərdindən o gələr dilə. Siz ey yollarıma hey baxanlarım, Siz ey mənim üçün darıxanlarım, Heç zaman mən
Sayfa 31 - Şərq-QərbKitabı okudu
Bilər
Həsrət ağrısını, vüsal qəmini Ayrılıq oduna yananlar bilər. Dənizdə qərq olan tənha gəminin Tənha fəryadını ümmanlar bilər. Mənə söyləməyin az alışıb-yan, İnanın, daşı da ağladar hicran. Dağların ahıdır o çən, o duman, Dağların dərdini dumanlar bilər. Məni sorğulara tutma sən əbəs, Arzumu qəlbimdə, baxışımda gəz. Könlümü hər naşı oxuya bilməz. Onu dünya görmüş insanlar bilər.
Sayfa 95 - Şərq-QərbKitabı okudu
Gələcəyəm...
Səhər-səhər ötən bülbül, Dinlə məni bir sən, bülbül. Dərdli olan öz dərdini Sənə deyər bəzən bülbül. Mən nə güləm, nə çiçəyəm, Nə də əsən bir küləyəm. Ötsən bizim ellərə, de Mən yenə də gələcəyəm. Qon bağçamda bir gül üstə, Sən o güldən könül istə. Gül bülbülü, bülbül gülü, Danışdırın asta-asta.
Sayfa 81 - Şərq-QərbKitabı okudu
Reklam
262 öğeden 231 ile 240 arasındakiler gösteriliyor.