Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mədinə Gülgün

Seçilmiş Əsərləri yazarı
Yazar
0.0/10
0 Kişi
8
Okunma
3
Beğeni
559
Görüntülenme

Hakkında

Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur... Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir. [1]. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
Tam adı:
Mədinə Nurulla qızı Ələkbərzadə
Unvan:
Şair
Doğum:
Bakı, Azərbaycan SSR, SSRİ, 17 Ocak 1926
Ölüm:
Bakı, Azərbaycan SSR, SSRİ, 7 Şubat 1991

Okurlar

3 okur beğendi.
8 okur okudu.
1 okur okuyor.
1 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
MƏN TƏNHA DEYİLƏM
Çox zaman deyirlər tənha qalma sən, Tənhalıq kövrəldir insanı bəzən. Tənhalıq yaraşmır çinara belə, Tənhalıq yaraşmır çiçəyə, gülə... Tək qalan dağın da dərdi dağ olar, Tək qalan bulağın gözləri dolar. Yaş tökər gözündən hey gilə-gilə, Tənhalıq dərdindən o gələr dilə. Siz ey yollarıma hey baxanlarım, Siz ey mənim üçün darıxanlarım, Heç zaman mən
Sayfa 31 - Şərq-QərbKitabı okudu
Desəm dünya qədər...
Desəm dünya qədər sevirəm səni, inanma, Desəm səma qədər sevirəm səni, inanma. Desəm sellər qədər sevirəm səni, inanma Desəm güllər qədər sevirəm səni, inanma. Bəzən dil yanılar, dil çaşa bilər, Ürəkdən sorğusuz danışa bilər. Gəlməz nə hesaba, nə saya sevgim, Sığışmaz bu geniş dünyaya sevgim. Dünyaya sığmayan bu sevgim ki, var Mənim ürəyimdə yaşayar, qalar. Ürəyimdə çatar əbədiyyətə, İnan bu sevgiyə, bu məhəbbətə...
Sayfa 163 - Şərq-QərbKitabı okudu
Reklam
Bu dünyada...
Biz görüşdük, uçdu çən də, duman da, Gözlərimdə dünya güldü bir anda. Fəqət yenə, yenə bildim mən onda Bu dünyada həm yaxınıq, həm uzaq. Çiçəklərdən çələng hördüm səninçin, O çələngi mən gətirdim səninçin. Əfsus olsun bilmədim ki, biz neçin Bu dünyada həm yaxınıq, həm uzaq. O gün bizdən bəxtəvəri kimdi, kim? Tale bizə sevinc verdi bir
Sayfa 100 - Şərq-QərbKitabı okudu
Yuxuma Gəlsəydin
Yuxuma gəlsəydin əgər bir axşam, Deyərdim qoy yuxum olsun əbədi. Səni çox gəzmişəm, çox axtarmışam, Barı itirməyim bu səadəti. Yuxuma gəlsəydin əgər bir axşam, Mən çəpər edərdim kirpiklərimi. Qoymazdım yuxumdan kənara səni, Qoymazdım yuxuma daha heç kimi. Yuxuma gəlsəydin əgər bir axşam, Könlümdə olanı deyərdim bir-bir. Deyərdim həsrətdən naxışlı ömrüm Həsrətlər içində əriyib, gedir. Yuxuma gəlsəydin əgər bir axşam, Hərəsən yuxuma dinclik qonardı, Səsini, sözünü dinlədikcə mən, Yuxumda çıraqlar, şamlar yanardı. Aşkarda görüşdük səninlə ancaq, Fəqət ani oldu vüsalın sənin. Getdin, acı, şirin xatirələrlə Qaldı yaddaşımda xəyalın sənin...
Sayfa 135 - Şərq-QərbKitabı okudu
Ən sevdiklərimdən "Quşlara daş atmayın"
Quşlara daş atmayın, Quşlar, ürkər, dağılar. Nağıllı nəğmələri Birdən yarıda qalar. Quşlara daş atmayın, Qoy qonsunlar ağaca. Könül mahnılarını
Sayfa 175 - Şərq-QərbKitabı okudu
Bir ömürəm,yazım sənsən, Bir nəğməyəm,sazım sənsən. Bir ürəyəm,arzum sənsən Hara getsən apar məni. Bir çiçəyəm şehim sənsən, Bir söhbətəm,neyim sənsən, Bir budağam,mehim sənsən.
Payız
Yaşıl yarpaqlara düşdü qızıl xal, Çöllərə, düzlərə həzinlik gəldi. Göy üzü bir anda oldu halbahal, Dərələr kövrəldi, düzlər kövrəldi. Yenə tənhalaşdı o buz bulaqlar, Yenə də soyuqdu ocaq daşları. Yenə də dumana büründü dağlar,
Reklam
Ən sevdiklərimdən, Mədinə Gülgün.
Deyirdin baharda görüşərik biz, Bahar gəldi, getdi, sən gəlməz oldun. Daşlaramı dəydi sındı əhdimiz, Aylar gəldi, getdi sən gəlməz oldun. Dedin, durnalarla gələrəm mən də, Durnalar qayıtdı sən gəlməz oldun. Saraldı yarpaqlar çöldə, çəməndə, Payız fəsli çatdı sən gəlməz oldun. Deyirdin qapına qonaram quş tək, Quşlar cəh-cəh vurdu,sən gəlməz

Yorumlar ve İncelemeler

Tümünü Gör
224 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Mədinə Gülgünün bəşərə məhəbbət çeşməsindən su içən misraları hayqırır ki: Qoruyun bu dünyanı İnsanlar, ay insanlar. İnsan silah götürüb Heç qırarmı insanı?.. #aimraabooks
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriMədinə Gülgün · Şərq-Qərb Nəşriyyatı · 20048 okunma