g

GülŞiir

Münacat kimi bir şeir
Min sevincə dəyişmərəm uğrundakı bircə qəmi, O qəm mənə bəxş eləyir ölməz, itməz bir aləmi. Hər bəzmdən, hər nəşədən dadlı imiş cövrün sənin, Qəhrin də xoş mehrin kimi, ey könlümün cəhənnəmi! Yalnız sənin qulunam mən, heyif qulluq bacarmıram, Can məlhəmim əlindədir, nə qəm, qıyma o məlhəmi. Gülümsədi qoşa püstə, dedin: - Məndən vüsal istə. İstəyimmi? Heç bilmirəm bir vəslinə dəyərəmmi? Mənim könlüm səndən savay heç bir kəsi istəməz, yox, Sən kiməsə bənzəmirsən, sənə kimsə bənzəyərmi?
Sayfa 100 - MücrüKitabı okudu
Etmədədir
Yenə tövbə evimi eşq xərab etmədədir, Aşiq iftarını sevda meyi-nab etmədədir. Könlümə bir mələyin sevgisi od saldı, adı, Günü də, Zöhrəni də göydə sərab etmədədir. Onun eşq atəşi hər qəlbə girər, amma nədən, Tək mənim qəlbimi atəşdə kəbab etmədədir? Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm, Doğrusu, səbr edərəm, ömr şitab etmədədir. Ahu gözlüləri yatmış zaman ovlar ovçu, Ömr röyadə şikar olmağa tab etmədədir. Məsləhətdir, məni qovmaqdan isə versin əzab, Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir. Gər Nizamini xəta isə həlak etdirmək, Aşiqəm, yar məni öldürsə səvab etmədədir.
Sayfa 9 - MücrüKitabı okudu
Reklam
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi? Ona mən göz yetirib xəlvəti baxdım, baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi. Uyuyub hər ikimiz rahat olub bir yatdıq, Bəxtimin bağçasına güllü bahar gəlmiş idi. Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar? Bir öpüş istədim ondan... Yeri var, gəlmiş idi. Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni, Odlara yandı dilim, sanki şərar gəlmiş idi. Ey Nizami! -dedi, - birdən ayılıb, gördüm o yox, Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Sayfa 19 - MücrüKitabı okudu
Çaldı yenə qəlbimi bir gözəlin gözləri, Tərk eləyir canımı ruhum - onun şəhpəri. Gül dodağın gülməsi balmı qatar qaymağa, Püstən utandırmada şərbət ilə şəkkəri. Kirpiyini bir də çal, qǝşş eləsin qoy mələk, Zülfünü at çiyninə, nalə qoparsın pəri. Pozdu telin islamın rövnəqini, ey gözəl, Sən var ikən yox lüzum biz qınayaq kafəri. Ah, belə bir hüsn ilə çıxsan, inan, çöllərə, Gün vurular hüsnünə, Ay da olar müştəri. Ağlımı başdan edib açma o zəncirləri, Çin-çin edib zülfünü saçma ətir-ənbəri. Versə ləbin azca mey, nalə çəkər çəngü-ney, Ruhum olar meypərəst, gözlər - onun sağəri. Ah, o cǝmalınla sən, lütf cəlalınla sən, Könlüm olar bəxtəvər, bir dəfə baxsan bəri. Hicrin ilə xəstədir bəndə Nizamin sənin, Əmrinə hazır durub, şad elə bir çakəri.
Sayfa 89 - MücrüKitabı okudu
Gülüm
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm, Yanına ya gəlim əql ilə, ya divanə, gülüm? Sevirəm, qəlb ilə canım kimi cananımı mən, Ölərəm, ya yetərəm sən kimi cananə, gülüm. Sənə dost olmağıma cümlə şəhər düşman olub, Məni əfv eylə, baxıb bir belə düşmanə, gülüm. Harda görsəm səni, zülfündən öpüb yalvararam, Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm. Sənsizəm, səndən uzaq kimsəni düşsün,demərəm, Yetməyir əl sənə, yox səbr də hicranə, gülüm.
Sayfa 5 - MücrüKitabı okudu
Reyan Ətirli Dünya
Baxdım gözlər qəmli, baxışlar ürkək, Mən susdum, qurudu dilim də sanki. Bir əldən tutdum ki, atəşli, titrək, Reyhan topasıydı əlimdə sanki, Birdən ulduzlar da yerə endilər, Şimşəklər hay verdi ürək ahıma. Sanki şəfəqlər də ətirləndilər,
Sayfa 128 - LiderKitabı okudu
Reklam
Olacaqsan?
Ay üzlü nigarım, kimə mehman olacaqsan? Bir söylə, kimin şəninə şayan olacaqsan? Şahlıq çətiri var başın üstündə bu axşam, Ənbər çətirinlə kimə sultan olacaqsan? Şəkkər demərəm mən sənə, ondan da şirinsən, Dilbər, necə bir bəxtəvərə can olacaqsan? Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə! Ey abi həyat, sən kimə canan olacaqsan? Getdin, necə bəs tab eləsin hicrə Nizami, O, xəstə ikən sən kimə dərman olacaqsan?
Sayfa 15 - MücrüKitabı okudu
Ol sən!
Gecə keçmiş, mənə gəl bir məhi-taban ol sən, Eşqinin həmdəmiyəm, süfrəmə mehman ol sən! Dirilik çeşməsidir ləblərin, ey nazlı nigar! Getməmiş canım əlimdən mənə canan ol sən! Çatma gəl qaşlarını, aşiqə rəhm eylə bir an, Gəl axıtma qanımı, can verəcək can ol sən! Saralan çöhrəmə bax, dərdli sinəmdən tozu sil, Çəkdiyim dərd ki sənindir, barı dərman ol sən! Nə qədər od olub odlar vuracaqsan canıma, Bir saat məclisimə sünbüli-reyhan ol sən! Kakilin ay çətiri, mişk saçır zülflərin, Bir qulundur bu Nizami, ona sultan ol sən!
Sayfa 26 - MücrüKitabı okudu
İnanar Birdən
Könlüm körpə bənövşə Tək qalsa dönər birdən. Könlüm nazik bir şüşə Əl dəysə sınar birdən. Yolun çatmır başamı, Vüsal dönüb daşamı? Qurut bu göz yaşımı,
Sayfa 91 - Şərq-QərbKitabı okudu
Səni göz nurum, həyat məqsədim, ömrüm bilirəm, Üzü ay, gün şəfəqi, gül dodağı qənd, a gülüm! Məni bir şəm ilə öldürmə, de, pərvanəmiyəm? At qılıncı ki, mən atdım yerə qalxan da, gülüm!
Sayfa 92 - MücrüKitabı okudu
62 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.