Profil
İnanar Birdən
Könlüm körpə bənövşə Tək qalsa dönər birdən. Könlüm nazik bir şüşə Əl dəysə sınar birdən. Yolun çatmır başamı, Vüsal dönüb daşamı? Qurut bu göz yaşımı,
Sayfa 91 - Şərq-QərbKitabı okudu
Reyan Ətirli Dünya
Baxdım gözlər qəmli, baxışlar ürkək, Mən susdum, qurudu dilim də sanki. Bir əldən tutdum ki, atəşli, titrək, Reyhan topasıydı əlimdə sanki, Birdən ulduzlar da yerə endilər, Şimşəklər hay verdi ürək ahıma. Sanki şəfəqlər də ətirləndilər,
Sayfa 128 - LiderKitabı okudu
Reklam
Mənə elə nişan ver ki, tapa bilim nişanəni...
Hər varlığın üzərində həlak, ölüm damğası var, Ölməz, vacib bircə sənsən - kainatı yaradandır. Mənə elə nişan ver ki, tapa bilim nişanəni, Yox, yanıldım, keç suçumdan, Xaliq axı binişandır. Sənə səcdəm sayəsində çarpır, hələ sağdı qəlbim, Bu səadət ucbatından varam, varlıq cavidandır. Mən çarmıxa çəkilmişəm öz əlimlə öz cismimdə, Xilaskarım əgər varsa, tək özünsən, tək Yǝzdandır. Ulu həzrət, mənə barı bircə kərə yetir diqqət, Dərd ümmanı ürəyim də görsün bir yol şadimandır. Nizaminin səhvi olsa, heyrətlənmə, əfv et özün, Kimsə qaçıb qurtulamaz, tale özü hökmrandır. İlk nəfəsin sevincini mənə özün bəxş etmisən, Son nəfəsdə üstümdə ol, ölməyimə haqq qazandır.
Sayfa 118 - MücrüKitabı okudu
Münacat kimi bir şeir
Min sevincə dəyişmərəm uğrundakı bircə qəmi, O qəm mənə bəxş eləyir ölməz, itməz bir aləmi. Hər bəzmdən, hər nəşədən dadlı imiş cövrün sənin, Qəhrin də xoş mehrin kimi, ey könlümün cəhənnəmi! Yalnız sənin qulunam mən, heyif qulluq bacarmıram, Can məlhəmim əlindədir, nə qəm, qıyma o məlhəmi. Gülümsədi qoşa püstə, dedin: - Məndən vüsal istə. İstəyimmi? Heç bilmirəm bir vəslinə dəyərəmmi? Mənim könlüm səndən savay heç bir kəsi istəməz, yox, Sən kiməsə bənzəmirsən, sənə kimsə bənzəyərmi?
Sayfa 100 - MücrüKitabı okudu
Səni göz nurum, həyat məqsədim, ömrüm bilirəm, Üzü ay, gün şəfəqi, gül dodağı qənd, a gülüm! Məni bir şəm ilə öldürmə, de, pərvanəmiyəm? At qılıncı ki, mən atdım yerə qalxan da, gülüm!
Sayfa 92 - MücrüKitabı okudu
Çaldı yenə qəlbimi bir gözəlin gözləri, Tərk eləyir canımı ruhum - onun şəhpəri. Gül dodağın gülməsi balmı qatar qaymağa, Püstən utandırmada şərbət ilə şəkkəri. Kirpiyini bir də çal, qǝşş eləsin qoy mələk, Zülfünü at çiyninə, nalə qoparsın pəri. Pozdu telin islamın rövnəqini, ey gözəl, Sən var ikən yox lüzum biz qınayaq kafəri. Ah, belə bir hüsn ilə çıxsan, inan, çöllərə, Gün vurular hüsnünə, Ay da olar müştəri. Ağlımı başdan edib açma o zəncirləri, Çin-çin edib zülfünü saçma ətir-ənbəri. Versə ləbin azca mey, nalə çəkər çəngü-ney, Ruhum olar meypərəst, gözlər - onun sağəri. Ah, o cǝmalınla sən, lütf cəlalınla sən, Könlüm olar bəxtəvər, bir dəfə baxsan bəri. Hicrin ilə xəstədir bəndə Nizamin sənin, Əmrinə hazır durub, şad elə bir çakəri.
Sayfa 89 - MücrüKitabı okudu
Reklam
Edəsən.
Bəlkə bir ləhzəni qurban edəsən, Bu yanıq könlümə dərman edəsən. Qanlı yaşlar məni onsuz da boğur, Qorxuram - hicr ile tufan edəsən. Ürək əldən gedib... ondan vaz keç, Bəlkə sən ruhuma imkan edəsən. Damğa vur, tökmə qanım, çox zəifəm, Dəyməz ol rəncə ki, al qan edəsən. Həsrətəm ləblərinin halvasına, Hünərin varmı ki, mehman edəsən? Möhrünü basdı Nizami ləbinə, Məni möhrünlə Süleyman edəsən.
Sayfa 88 - MücrüKitabı okudu
Olsun gərək))
Allah, Allah, bax bu cür dilbər mənim olsun gərək. Zülmətə atəş saçan gövhər mənim olsun gərək! Aləmi odlandırır şəkkər ləbinlə ud xalın, Udla bir şəkkər səpən məcmər mənim olsun gərək. Duzda dad, ləzzət olar, amma şirinlik, heyf, yox! Həm şirin, həm duzlu bir şəkkər mənim olsun gərək. Hazıram nuş etməyə cüt aləmi bir badədə, Saqim ol ki, sən verən sağər mənim olsun gərək. Müşk zülfün ətrini saçmaqdadır dünyalara, Ah, bu cür xoş rayihə, ənbər mənim olsun gərək! Zülfünə quldur Nizami, nə deyir zülfün ucu: "Bax bu cür sadiq nökər, çakər mənim olsun gərək!".
Sayfa 74 - MücrüKitabı okudu
Axx bülbül
Səni bağda görən güllər pərdə çəkdi üzünə, Reyhan zünnar bağlamağı rəva gördü özünə. Xəcalətdən qızıl qandır qönçələrin niqabı, Utanırlar, hüsnün salıb lalələri bu gunə. Sən ətirli saçlarını qulac-qulac açanda, Bənövşələr ismətindən köçüb getdi sürgünə. Haray çəkən süsən-sünbül susdu, birdən lal oldu, O ǝrğǝvan cǝmalından şölə düşdü hüsnünə. Nərgiz sənin bazarından çoxdan çəkib gözünü, Tamarzıdır, sözün varsa, yanaş şəbbu gülünə. Nizamini dinləyəndə bülbül kəsdi cəh-cǝhi, Çırpdı özün dönə-dönə bu şerin hər sözünə.
Sayfa 63 - MücrüKitabı okudu
Mən ki gecə-gündüz od içindəyəm, Gülün üstündəmi bal çəkən arım?! Qanımı içsə də, suçlu bilmərəm, Əhdindən dönməkdə necədir yarım? Ömründə bircə yol soruşmadı ki, Hanı o divanǝm, o qırıq tarım? Dərdindən Nizami Yaquba döndü, Bildimi Yusifim, dövlətim, varım?!
Sayfa 62 - MücrüKitabı okudu
62 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.