Çünki anasının həyatda ən çox istədiyi şey diqqət çəkmək, fərqlənmək idi, çünki atasının ən çox istədiyi şey cəmiyyətlə qaynayıb-qarışmaq idi. Çünki onların bu istəkləri gözlərində qalmışdı. Və onlar - Lidyanın valideynləri bu yarımçıq arzularının qızlarının həyatında çin olmasını istəmişdilər.