Alın yazısı həyatımızın qabaqcadan çəkilmiş olduğu demək deyil. Buna görə də, "neyləyək, qismətimiz belədi" deyib boyun əymək cəhalət əlamətidi. Alın yazısı yolun hamısını yox, sadəcə yolayrıcılarını verir. Mənzilbaşı bəllidi, amma bütün döngələr, yol başlanğıcları yolçunun ixtiyarındadı. Ona görə də nə həyatın hakimisən, nə də həyat qarşısında çarəsizsən. İyirmi doqquzuncu qayda bundan danışır".