o

Oyanış

0 üye
Takip
Bəs tarixi dahilar yaratmırmı? Uçitel özünə bir stəkan da çay süzdü. Gülümsəyərək Mürsələ baxdı. - Dahi kimə deyirsən? - Cəmiyyətin istiqamətini dəyişən adamlara. - Onlar cəmiyyətin istiqamətini dəyişdirə bilməzlər. Cəmiyyət özü öz istiqamətini dəyişdirir. - Bəs elə isə dahilər nə edir? - Bax, məsələ də elə bundadı. Xəstə cəmiyyətin yaraları göynəyir, əzab-əziyyət verir və nəhayət, yetişir, bədəndə olan çiban kimi. O çibanların deşilmə mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini əvvəlcədən görürsə və neştəri götürüb hamıdan əvvəl yaranı kəsirsə, dahiyə çevrilir. Yenə deyirəm, əslində, cəmiyyət özü dəyişir, təzələnmək istəyir. Dahilər isə qabağa düşüb bu işi sürətləndirirlər.
Sayfa 300 - Ölən dünyam, PDF·Kitabı okudu
Oyanış