Oysa belediye tellalları bağırıyordu biteviye:"Ey ahali! Duyduk duymadık demeyin.Osmanlı lirasının değeri 108 kuruştan 100 kuruşa düşmüştür bugün den böyle.
İran çaparxanalarında adət olan çay pulu məsələsi qəribə bir
işdir. İstədikləri çay pulunu nə olursa, hətta dava, qalmaqalla, lap
həyasızlıqla da olsa, müsafirdən alacaqlar. Heç kəsin də müsafirə
tərəfdar çıxıb danışmağa haqqı yoxdur. Bu yaramaz adətin ilk dəfə
kimlər tərəfindən qoyulduğu məlum deyildir. Əgər belə bir çay
pulunu müsafir sürücüyə mütləq verməlisə, onu əvvəldən biletin qiymətinin üstünə gəlməli, müsafirləri hər mənzil başı narahat
etməməlidirlər. (İranlıları da dilənçiliyə adət etdirməməlidir.) Gülünc burasıdır ki, əgər sürücü qəflət əsiri olaraq dilicanı və karetanı yolda çevirib müsafirin qol-qabırğasını sındırmış olsa da, yenə ondan “çay pulu” adı ilə ənam və caziyə istəyir.