Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mürtəza Müşfiq Kazımi

Mürtəza Müşfiq KazımiQorxulu Tehran yazarı
Yazar
5.0/10
3 Kişi
33
Okunma
1
Beğeni
212
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

1 okur beğendi.
33 okur okudu.
2 okur okuyor.
14 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
... bu məmləkətdə günahsızlar daha tez məhkum olunurlar...
Sayfa 103 - QanunKitabı okudu
Təbiətdəki bu qanunu anlaya bilmərəm: nə üçün insan başqasının ölümünə həqarətlə baxır, ancaq öz övladının ölümünə acıyır, ağlayır, sızlayır? Nə üçün insanlar bir-birinin sevincindən təsirlənib dərdlərindən mütəəsir olmurlar?
Sayfa 285Kitabı okudu
Reklam
Məncə, təhsil görmüş cavanlarda dinsizlikdən başqa bir şey yoxdur, amma savadsızların heç nəyi olmasa da, əqəllən, dinləri vardır. Xoşbəxtliyimizdən, cəmiyyətimiz daxilində elə mövhum əqidələr olmadığı kimi, ixtilaf da yoxdur, ola da bilməz! Əlhəmdülillah, hamımız savadsızıq.
Sayfa 261Kitabı okudu
Zövq və ələm dadmamış bir insan başqasının zövq və ǝləmindən mütəəssir ola bilməz!
Sayfa 19 - QanunKitabı okudu
Əlbəttə, bir halda ki əxlaqsız ərlər xüsusunda qadınların bir söz belə söyləməyə haqqı yoxdur, bir yerdə ki ərlərin istədikləri kimi qadınlar ilə rəftar etməyə haqqı var, bir yerdə ki qadınla yaşayışa lazım bir vasitə kimi rəftar edib istədikləri zaman rədd etmək və dəyişdirmək mümkündür... bir ölkədə ki kişi qadının hər bir eybini söyləyib ancaq qadın ərinin heç bir əxlaqsızlıq və qəbahətini irad etməyə haqqı yoxdur, o halda belə mühit daxilində çarəsiz bir qızcığaz nə edə bilərdi? Hansı məhkəməyə getsəydi, məhkum olacaq idi, çünki bu məmləkətdə o lap əvvəldən öz varlığını və heysiyyətini itirmişdi!
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
560 syf.
8/10 puan verdi
·
4 günde okudu
Bir dövlət düşünün ki, qanunlar var olsa belə tətbiq olunmur, varlılar eyş-işrətlə vaxt keçirir, qadınların təhsilsizliyi onların fəlakəti olmuşdur, yaxşı insanlar əzilir.... Bəli, bu sadaladıqlarımın hamısı XX əsrdə İranın Tehran şəhərində baş verir. Əsərimizin baş qəhrəmanı olan Fərrux Məhin adlı öz bibisi qızını sevir amma var-dövlət düşkünü ata qızını kasıb Fərruxa vermək istəməyib şahzadə Səyavuş Mirzəyə vermək istəyir ki, bir vəzifə əldə etsin. Çərəkədəki duaları oxumaqdan başqa bir elmə, savada malik olmayan anası Mələktac xanım da ərinin tərəfində olur. Səyavuş Mirzə qadın düşkünü, gününü orda-burda keçirən, çox da varlı olmayan biridir amma onun atası Məhinin atasını aldadaraq ondakı mal-dövlətə sahib olmaq üçün saysız-hesabsız mülklərinin olduğunu deyir. Əsərdə bir çox hadisələr baş verir, bir çox insanlarla tanışlıq olur, sonda da hər biri bir nöqtədə birləşir. Çox danışıb dadını qaçırmaq istəmirəm, amma onu deyə bilərəm ki, sonda haqq, ədalət yerini tapır, hər kəs layiq olduğu həyatı yaşayır. Bəs Məhinlə Fərruxa nə olur? Onu da oxuyub özünüz görün :)
Qorxulu Tehran
Qorxulu TehranMürtəza Müşfiq Kazımi · Qanun Nəşriyyat · 202133 okunma